Menu

Rusiya Ermənistanı müharibəyə hazırlayır - Türkiyə televiziyaları reportaj yayımlayıb (VİDEO)

30.08.2020, 09:31
Rusiya Ermənistanı müharibəyə hazırlayır - Türkiyə televiziyaları reportaj yayımlayıb (VİDEO)

“Azərbaycan-Türkiyə münasibətlərinin daha sıx olmasından rahatsız olan Rusiya Ermənistanı müharibəyə hazırlayır”.

APA xəbər verir ki, bu fikirlər Türkiyənin “Haber Global” və “TRT WORLD” telekanallarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi fonunda yayımladığı reportajda səsləndirilib.

Reportajda Rusiyanın Ermənistana son 25 gün ərzində 500 tondan çox silah göndərildiyi, Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz rayonu istiqamətində sərhəddə atəşkəsi pozması və bu fonda Rusiya Müdafiə naziri Sergey Şoyqunun Azərbaycana səfəri, ölkəsinin Ermənistana silah satması barədə iddiaları qəbul etməməsindən söz açılır.

Şoyqunun Rusiyadan Ermənistana “İl-76” təyyarələri vasitəsilə yalnız inşaat materialları daşındığını deməsi türkiyəli müxbirdə şübhələr doğurur.

Digər reportajda isə erməni hərbçilərinin mütəmadi olaraq Azərbaycan kəndlərini aramsız atəşə tutması, dinc əhalinin qorxu, səksəkə içərisində yaşaması və s. əks olunur.

Hər iki süjeti təqdim edirik:

Şərhlər

BAKILI 2020-08-30 14:05:07

Ona gere duz cerekle zurna balabanla qarwiladiz xalca yaddan cixdi

Xalq 2020-08-30 12:46:40

Döyüş alnımıza yazılıb.

t.ədalət 2020-08-30 11:07:35

Görəsən,Rusiyadan ötrü dəridən-qabıqdan çıxan,rus dilini dədəsinin gorundan əziz tutan,rus təhsil müəssisələrini Azərbaycana gətirənlər indi nə fikirləşirlər?Bəlkə əllərinə silah götürüb ermənilərə qoşulmaq istəyirlər?Allah bu adamlara lənət eləsin!Biz,ermənidən öncə bu satqınlardan qurtarmalıyıq...Övladlarını rus dilində oxudanlar da ermənilər qədər təhlükəlidir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol