Menu

Putin və Lukaşenko Moskvada görüşəcəklər

30.08.2020, 14:23
Putin və Lukaşenko Moskvada görüşəcəklər

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.

Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub .

Şərhlər

t.ədalət 2020-08-30 19:54:39

Lukaşenko Putinə hakimiyyətdə olduğu vaxt lazımdır.Yıxılandan sonra bir daş da Putin özü onun ardınca dığırladacaq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol