Menu

Milli Məclisin deputatları tətildən qayıtdı

31.08.2020, 09:27
Milli Məclisin deputatları tətildən qayıtdı

Milli Məclisin (MM) deputatları bu gün - avqustun 31-də tətildən qayıdıblar.

“Report” xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatların tətil müddəti avqustun 30-dək davam edir.

Avqustun 30-u istirahət gününə düşdüyündən deputatlar bu gün, yəni avqustun 31-dən işə başlayırlar. Parlamentin komitə iclaslarının keçirilməsinə sentyabrın 15-dən başlanılacaq. MM-in payız sessiyası sentyabrın 30-da başlanacaq və dekabrın 30-dək davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol