“Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar.
Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.
"Report" xəbər verir ki, bunu avqustun 31-də Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının videoformatda açılışında deyib.
“Görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq”, - dövlət başçısı bildirib.
“Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”, - Prezident İlham Əliyev deyib.

Şərhlər
Dünyada baş verən siyasi proseslər, gərginliklər pik həddə çatıb. Bu çətin dövrdə xalqımızı bir olmağa dövlətin qanun qaydalarına əməl etməyə çağırıram. Allah İlham Əliyevə kömək olsun, çətin dövrdə yaşayırıq daxili və xarici düşmənlərimizlə mübarizədə həmrəy olaq. İNŞALLAH xoş günlər çox da uzaq deyil
Cənab Prezident, Xarici İşlər Nazirliyində kadr məsələsi həmişəki kimi bərbad drumdadır. Adıçəkilən qurumun Kadrlar İDarəsindəski "köhnə dəllək"lər hələ də iş başındadırlar. Bu qurumda anonsu verilən islahatlar heç hiss olunmur. "Köhnə qurdlar"ın əksəriyyəti öz işləri ilə məşğuldurlar. GƏnc, istedadlı və perspektivli əməkdaşlar ya sərəncamda saxlanılır, aya da minbir bəhanə ilə işdən uzaqlaşdırılırlar. Qeyd edilənləri nəzarətdə saxlamağınızı və aidiyyəti üzrə tədbirlərin həyata keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik.
Hörmətli cənab Prezident, siz dövlətimizin inkişafı və xalqımızın rifahı üçün gecə-gündüz çalışırsınız . Bu yolda Allah sizi qorusun! Əfsuslar olsun ki, Rabitə Nazirliyində "Vətəndaşların Müraciətləri haqqında Qanun" işlək vəziyyətində deyil ? Sizin və dövlət orqanlarının ünvanlarına ( axırıncı dəfə sizin ünvanınıza 26.05.2020-ci il tarixdə elektron poçt vasitəsilə müraciət etmişəm pa@gov.az saiti ilə.) ailəm məmur özbaşnalığına məruz qalması səbəbli saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq, müraciətlərim araşdırılmadan Rabitə Nazirliyinə göndərilir, göndərilən məktublara nəzarət sistemi olmadığından Nazir müavinləri Əli Abdullayev və Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən çəkinmirlər... Respublika ƏƏSMN yanında Respublika Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən həyat yoldaşımın Əmək müqaviləsi əmək qanunvericiliyin tələbləri pozularaq xitam verilməsi rəsmi qaydada bildirilməsinə baxmayaraq Rabitə Nazirliyi tərəfindən əhəmiyyət verilmir, qanunun aliliyinə yox, "sifarişçi"nin şəxsi maraqlarına xidmət edirlər.. Belə dözülməz və acınacaqlı vəziyyət Rabitə Nazirliyində heç vaxt olmamışdır. Ölkəmizdə sosial narazılıqları yaradanlarda dövlətimizə və xalqımıza xidmət etmək istəməyən belə məmurlardır... Əgər təyin etdiyiniz məmurlar sizi qəlbən istəsəydilər, heç vaxt daşıdıqları vəzifədə şikayət doğuran hallara yol verməzdilər, vətəndaşın dövlətə olan inamına həmişə dəstək verərdilər ? Əfsuslar olsun ki, uzun müddət saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq Nazir müavinləri Əli Abdullayev və Elmir Vəlizadə tərəfindən qanunsuz cavab verməkdən kəçinmirlər, onların bu qanunsuz hərəkətləri yuxarı dairələrdə ( PA) müdafiə olunur......Saysız-hesabsız yazımalar PA -da vətəndaşların şikayətinə biganə yanaşmalarından xəbər verir. Vətəndaşın şikayətinə baxılmaması məmur özbaşnalığından xəbər vermirmi ? 26.05.2020-ci il tarixdə ünvanınıza etdiyim müraciətimi abyektif araşdırılması üçün aidiyyatı üzrə göstəriş verərək məmur özbaşnalığına birdəfəlik son qoyulması üçün göstəriş verməyinizi və nəzarətdə saxlanılmasını Sizdən xahiş edirik..