Menu

“Məktəb direktoru olmasına baxmayaraq...” - Göytəpə sakinlərindən yeni Təhsil nazirinə növbəti müraciət

31.08.2020, 14:49
“Məktəb direktoru olmasına baxmayaraq...” - Göytəpə sakinlərindən yeni Təhsil nazirinə növbəti müraciət

Bir müddət əvvəl Cəlilabad rayon Göytəpə şəhərinin bir qrup sakini Təhsil nazirinə müraciət ünvanlayaraq, V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı orta məktəbin direktoruyla bağlı xahişlərini çatdırmışdılar. Həmin məktubun bir nüsxəsi də “AzPolitika.info”-ya daxil olmuş və saytımızda dərc edilmişdi.

Valideynlər Təhsil nazirindən sözügedən məktəbin direktoru Zaur Ələkbərovun başqa məktəbə direktor kimi göndərilməsinə imkan verilməməsini xahiş edirdilər: “Aldığımız məlumata görə, Zaur Ələkbərovla direktor kimi bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmiş və başqa məktəbə direktor göndərilməsi ehtimalı var. Bu xəbər həm məktəb kollektivinin böyük hissəsinin, həm də valideynlərin narahatçılığına səbəb olub. Əminik ki, Zaur Ələkbərovun məktəbimizə rəhbərlik etməsi müddəti uzadılmasa, burada yenidən neqativ hallar baş qaldıracaq və tədris prossesi unudularaq, yenidən korrupsiya ön plana keçəcək.”

600-yə yaxın valideynin imzaladığı müraciətdə qeyd olunurdu ki, Z.Ələkbərov 2017-ci ildə məktəbə direktor təyin olunandan sonra məktəb korrupsiyasız və şəffaf şəkildə idarə olunmağa başlayıb: “2014-cü ildə “ilin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuş Zaur Ələkbərovun savadlı idarəçiliyi nəticəsində məktəbimizdə sağlam mühit yaradılmış, təhsilin keyfiyyəti yüksəlmiş, şagirdlərə şəxsiyyət kimi baxılmağa başlamış, əhali arasında məktəbin işgüzar nüfuzu xeyli artmışdır.”

 Ötən gün isə bu məsələ ilə bağlı Təhsil nazirinə ünvanlanan daha bir müraciət daxil olub. 600-dək Göytəpə sakininin müraciətinə daha 400-dən artıq sakin qoşularaq, hazırkı direktorun başqa məktəbə göndərilməməsini xahiş edirlər: “V. Mürsəlov adına Göytəpə şəhər 1№-li tam orta məktəbin direktoru Zaur Ələkbərovla bağlanmış müddətli müqaviləyə 16 iyun 2020-ci ildə xitam verilib. Zaur Ələkbərov məktəbə rəhbərlik etdiyi müddət ərzində bütün təzyiqlərə sinə gərərək, məktəbdə hər hansı adla vəsait toplanmasının qarşısını alıb. O, məktəbdə ciddi intizam yaradıb, hər şagirdə öz övladı kimi baxıb və valideynlərin fikirlərinə hörmətlə yanaşıb, tədrisin keyfiyyətini qaldırıb. Məktəb direktoru olmasına baxmayaraq, yeri gələndə qollarını çırmayıb məktəbin ərazisində təmir işləri ilə də məşğul olub. Sizdən xahiş edirik ki, onunla müqaviləni uzadasınız.”

Tahir

AzPolitika.info   

    

Şərhlər

İlham 2020-09-01 15:59:05

Mən Zaur müəllimi yaxından tanımasamda həmin məktəbdə rüşvət olmamaaı haqqında qohumlardan eşitmişəm. Deyilənlər hələ azdır. Orada həqiqətən çox yaxşı işlər gedirdi. Səhv etmirəmsə feysbukda hesabatda verirdilər. Belə insanları dəstəkləmək lazımdır .Uğurlar arzu edirəm

Rafail 2020-09-01 09:38:24

Bu direktoru ki, siz bu qədər tərifləyib göylərə qaldırırsınız, yazın görək onun direktor olduğu dövrdə və ondan əvvəlki illərdə məktəbin neçə məzunu ali məktəbə daxil olub? Direktor üçün bu əsas meyardır.

Xudiyeva Hicran 2020-09-01 01:08:45

Təhsil sistemimizin sizin kimi müəllimlərə ehtiyyacı var Zaur bəy

Səməd Məmmədov 2020-08-31 22:41:58

Zaur məllim gəlmiş keçmiş ən şəffaf rəhbərdir rüşvətsiz işləyən direktor idi

Məmmədov Xəyal 2020-08-31 20:44:42

Gözəl insan, gözəl müəllim.Allah dayağı olsun.

Roma 2020-08-31 18:21:27

Əgər bu yazılanlar doğru-düzgündürsə, onda halal olsun Sizə Zaur müəllim...

Bayramov Amil 2020-08-31 18:03:31

Kaş belə direktorların sayı çox olardı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol