Menu

"Neftçi" "Qalatasaray"a rəqib oldu

31.08.2020, 15:34
"Neftçi" "Qalatasaray"a rəqib oldu

"Neftçi" komandasının UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub.

"Report"un məlumatına görə, flaqman bu raundda Türkiyənin "Qalatasaray" klubu ilə üz-üzə gələcək. Oyun sentyabrın 17-də Bakıda keçiriləcək.

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol