Menu

Livanın yeni baş nazirinin adı açıqlanıb

31.08.2020, 15:53
Livanın yeni baş nazirinin adı açıqlanıb

Livan prezident Mişel Aun yeni hökuməti formalaşdırmağı Mustafa Ədibə həvalə edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu prezident dəftərxanasının başçısı Antuan Şukeyr jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Livan parlamentinin 128 deputatından 90-ı onun namizədliyini dəstəkləyib.

Qeyd edək ki, Mustafa Ədib bundan əvvəl Livanın Almaniyadakı səfiri işləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol