Menu

Bakıda taksi xidməti bahalaşacaqmı? - AÇIQLAMA

31.08.2020, 16:41
Bakıda taksi xidməti bahalaşacaqmı? - AÇIQLAMA

Bakı Nəqliyyat Agentliyi (BNA) taksi xidməti ilə bağlı hazırladığı konsepsiyanın reallaşdırılmasından sonra paytaxtda bu xidmətin bahalaşacağı ilə bağlı deyilənlərə münasibət bildirib.

Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, konspesiyada əksini tapmış məsələlər - həm mövcud problemlər, həm də onların həll yolları ilə bağlı təhlillər aparılıb, sürücülər arasında sorğular keçirilib.

"Bu cür kompleks təhlillər əsasında bu gün taksi xidmətinin real mənzərəsi müəyyən edilib. Reallıq isə ondan ibarətdir ki, bu gün "Çağrı Mərkəzi" kimi fəaliyyət göstərən yerli və xarici operatorlar daha çox müştəri eldə etmək məqsədi ilə taksilərdə tənzimlənməyən, aşağı qiymətlər təklif etməklə qeyri-sağlam rəqabət mühiti formalaşdırıblar. Bu proses həm sifarişli şirkətlərlə əməkdaşlıq etməyən taksi sürücülərinin, həm də sözügedən operatorlarla çalışan taksi sürücülərinin sosial rifahına mənfi təsir göstərir. Belə şirkətlərlə əməkdaşlıq, tənzimlənməyən əmək münasibətləri və qanunvericiliklə müəyyən olunan iş saatlarından artıq işə gətirib çıxarır ki, bu da, öz növbəsində, sərnişinlərin təhlükəsiz və keyfiyyətli xidmət əldə etmələrinə mane olur. Bundan əlavə, mövcud qiymət uyğulaması nəqliyyat vasitələrinin istismarı və müntəzəm texniki baxışa dair tələblərinin ödənməsində də sürücülərə çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq, taksi fəaliyyətini tənzimləyən vahid tarif sisteminin yaradılması təklif olunur. Sistemin konsepsiyasına uyğun olaraq müvafiq qurumlar tərəfindən tənzimlənən və icrası nəzarətdə saxlanılan minimal və maksimal həddi müəyyən edən vahid tarif sisteminin formalaşdırılması təklif olunur. Vahid tarif sistemi formalaşdıqdan sonra artıq bazarda fəaliyyət göstərən operatorlar bazarla müəyyən edilən minimal və maksimal həddən aşağı qiymətlər təklif edə bilməyəcəklər. Bunun əvəzinə, bazarın tələblərinə uyğunlaşaraq keyfiyyətli xidmət göstərməklə sağlam rəqabət aparacaqlar. Eyni zamanda hal-hazırda tariflərin bazarla tənzimləmə mexanizmlərinin qanunvericiliklə müəyyən edilmədiyini qeyd etmək lazımdır”, - o qeyd edib.

Şərhlər

Elşən 2020-08-31 23:27:47

Bizim Qarabağ boyda problemimiz var, belə xırda işlərə vaxt ayırmaqdansa torpaqların azad edilməsi ilə maraqlanın

İsmayıl 2020-08-31 20:12:04

Deyin ki, manopoliya yaradırıq

Xalq 2020-08-31 18:27:16

bazar iqtisadiyyatında bazar qiyməti müəyyənləşdirməlidir, monopolist yox.

baki sakini 2020-08-31 18:05:44

metro açılanda BNA-da, taksi shirketleri de..... olacaqlar və zeniden ... qiymetleri ile vercekler,

VƏTƏNDAŞ 2020-08-31 16:57:05

Siz bazar qiymətlərinə azad rəqabətə niyə qarışırsınız axı? İnsanları avam hesab edərək güya etdiyiniz pislikləri yaxşılıq kimi qələmə verirsiniz.Axı sənin nəyinə lazımdır şirkətlərin işinə qarışırsınız.Sizin məntiqinizlə belə çıxır ki,siz ətin də qiymətini ucuz hesab edərək qaldırılmasını tənzimləmə adı ilə təklif edə bilərsiniz.Bizi avam yerinə qoymayın,sizin gətirdiyiniz taksilər rəqabətdə uduzur deyə bazar qiymətlərinə qarışaraq camaatın cibinə girirsiniz.Həftənin 6-cı günləri marşurutu da sizin taksiləriniz camaatı yaxşı soysun deyə işlətmirsiniz.Allah insanların çörəyi ilə oynayanlara lənət eləsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol