Menu

Şabranda yeni idman qurğularının tikintisi - Deputatlar inşaatla tanış olublar + FOTOLAR

31.08.2020, 17:31
Şabranda yeni idman qurğularının tikintisi - Deputatlar inşaatla tanış olublar + FOTOLAR

Siyəzən rayonunda “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi çərçivəsində görülən işlər davam etdirilir. 

Bununla bağlıə Siyəzən və Şabran rayonlarının deputatı Sadiq Qurbanov özünün “Feysbuk” hesabından paylaşım edib: “Bu günlərdə Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, AFFA-nın vitse-prezidenti, Azərbaycan Uşaq və Gənclər Futbol Federasiyasının prezidenti, Milli Məclisin deputatı Rauf Əliyevlə birlikdə Siyəzən şəhərində rayon icra hakimiyyətinin təşəbbüsü, yerli iş adamları və idmansevərlərin maliyyə dəstəyi ilə şəhərin Babək küçəsində ümumi sahəsi 0,485 hektar olan ərazidə inşası davam edən "Uşaq və Gənclərin Fiziki Hazırliq Mərkəzi"ndə olduq. Adı çəkilən idman kompleksində bir ədəd, 63mx38m ölçüdə stadion, tikintialtı sahəsi 170 kv.m olan bir ədəd iki mərtəbəli idman zalı, (1-ci mərtəbəsində soyunma-geyinmə və.s, 2-ci mərtəbəsində isə güləş və boks zalları nəzərdə tutulub). Əlavə olaraq 300 yerlik tribuna, iki ədəd anbar və açıq havada nəzərdə tutulan idman qurğuları da istifadəyə veriləcək.”

Xatırladaq ki, bundan öncə S.Qurbanov “Kəndlərdə idmanı inkişaf etdirək” layihəsi üzrə növbəti tədbiri Şabran rayonu Dəvəçi kənd stadionunda keçirib. Həmin tədbirdə Dəvəçi, Sincanboyad, Mollakamallı, Gəndov kəndlərindən və rayon mərkəzindən 12-14 yaş arası olan 50 nəfər məktəbli uşaq iştirak edib. Tədbirdə iştirak edən uşaqlara futbola marağı artırmaq məqsədi ilə pulsuz idman geyimləri və futbol topları hədiyyə olunub. Bu layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2019-cu il tarixində Azərbaycan Milli Olimpiya Mərkəzində idmançılarla görüşü zamanı kəndlərdə idmanın inkişafına dair verdiyi tövsiyyələrin yerinə yetirilməsi istiqamətində atılmış addımdır.

Tahir

“AzPolitika.info”




Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol