Menu

Türkiyədə daha 44 nəfər pandemiyanın qurbanı öldü

01.09.2020, 00:06
Türkiyədə daha 44 nəfər pandemiyanın qurbanı öldü

Türkiyədə son sutka ərzində daha 1587 nəfər koronavirusa yoluxub, 44 nəfər isə infeksiyadan dünyasını dəyişib. Virtualaz.org bildirir ki, bunu ölkənin Səhiyyə naziri Fahrettin Koca deyib.

Nazirin sözlərinə görə, bununla da ölkədə virusa yoluxanların sayı 270 133 nəfərə, pandemiya qurbanlarının sayı isə 6370-ə çatıb.

Türkiyədə indiyədək 244 926 pasiyent (son sutkada 1087 nəfər) sağalaraq evə buraxılıb.

Bu rəqəmlər göstərir ki, Türkiyədə yeni növ koronavirus infeksiyasına qarşı sistemli mübarizə tədbirlərinə baxmayaraq gündəlik yoluxma və ölüm hallarında kəskin artım davam edir. Ekspertlər yoluxmadakı bu sürətli artımın səbəbini kütləvi tədbirlərdə məhdudiyyətlərə ciddi əməl olunmamasında görürlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol