Goranboy rayonunda yol qəzası baş verib. APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Səfikürd kəndi istiqamətində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı minik maşını “Azsamand” markalı avtomobillə toqquşduqdan sonra idarəetmədən çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı maşında olan 2 nəfər Aşağı Ağcakənd kənd sakinilərindən biri ölüb, digəri yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər