Bu gün gənclər və idman naziri Azad Rəhimovun yubileyidir- 50 yaşı tamam olur. "AzPolitika.info"-nun məlumatına görə, Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1981-ci ildə Bakı şəhərində 134 saylı məktəbi bitirərək, Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb.
Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.2006-cı ildə prezident İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman naziri vəzifəsinə təyin olunub.
Qeyd edək ki, Azad Rəhimov Azərbaycan SSR dövlət xadimi, bir dövr (1954-1958-ci illərdə) Azərbaycan SSR Nazirlər Sovetinin Sədri işləmiş, uzun illər (1965-1975-ci illərdə) Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinə başçılıq etmiş Sadıq Hacıyarəli oğlu Rəhimovun nəvəsidir.
Prezident İlham Əliyev yubiley günündə Azad Rəhimovu Olimpiya Ordeni ilə təltif edib.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti rəhbəri Səmayə Məmmədova öz facebook səhifəsində məlumat verib. Məlumatda qeyd edilir: "Bu gün cənab prezident İlham Əliyevin Sərəncamı ilə Gənclər və idman naziri Azad Rəhimov Olimpiya Ordeni ile təltif olundu. 50 yaşınız mübarək, Azad müəllim”
Hörmətli naziri yubileyi münasibətilə təbrik edirik.
VAQİF


Şərhlər