Menu

Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

01.09.2020, 17:28
Prokuror Tofiq Yaqubluya 4 il 6 ay həbs cəzası istədi

Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının fəalı Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam edirilib.

“Report” xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi məlumat yayıb.

Belə ki, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında T.Yaqublunun 4 il 6 ay müddətinə (ciddi rejimli ) azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, ittihama görə, avtomobil qəzası zamanı T.Yaqublu digər maşının sürücüsünü və yanında olan onun həyat yoldaşını təhqir edib, vurub, sürücüyə vintaçanla xəsarət yetirib. O, ittihamları qəbul etmədiyini bildirir.

Şərhlər

.EJDER 2020-09-02 02:48:11

OQRU NAZIR VE MEMURLAR AZADLIQDA GEZIF,KEYF EDIRLER,HAQQI DEYEN TURMEYE GEDIR...

t.ədalət 2020-09-01 22:18:20

Tofiq Yaqublu bizim ordunun ilk könüllü döyüşçülərindən olub.Onun belə vəziyyətə düşməsinin əsas səbəbkarı İsa Qənbərdir.Bir dəfə Putinin əleyhinə keçirilən mitinqlərdə iştirak etmək üçün Moskvaya göndərdi,sonra da İsmayıllı hadisələrinə dürtdü.Nəticədə itirən vətənpərvər T.Yaqublu oldu.İ.Qənbər isə öz kefində Atatürk parkını dolaşır.

Eko 2020-09-01 22:02:59

Aha

miri 2020-09-01 21:31:26

Haqq tərəfdarı olanları nahaqq adı ilə cəza verməyə şərait yaradan hər kəsin Allah cəzasını ağır etsin. İNŞƏALLAH.

Veten dashi 2020-09-01 18:45:07

Qarşısında baş əyirəm.Böyük ŞƏXSİYYƏT-di.Sizin məhkəməniz əsas deyil əsas XALQ adlı hakimdir.Onun qərarı daha adildir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol