Menu

Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb

01.09.2020, 22:23
Ukrayna prezidentinin ofisi yaxınlığında silahlı şəxs saxlanılıb

Kiyev polisi hökumət binalarının olduğu kvartalda, o cümlədən Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxsi yaxalayıb.

“Report”un məlumatına görə, bu barədə Kiyev polisinin mətbuat xidməti bildirib.

"Paytaxtın hökumət kvartalında asayiş keşikçiləri üzərində qumbara olan kişini saxladı", - xəbərdə deyilir. Qeyd edilir ki, yaxalanma Bank küçəsində olub. Bu küçədə dövlət başçısının ofisi yerləşir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol