RUSİYA MEDİASINDA AZƏRBAYCANLA BAĞLI NÖVBƏTİ DEZİNFORMASİYA... - Müdafiə Nazirliyi cavab verdi

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın “Nezavisimaya qazeta” nəşrinin sentyabrın 1-nə olan elektron versiyasında yayılan qərəzli yazıya münasibət bildirib.

Nazirlikdən verilən məlumata görə, “Rusiyanın “Nezavisimaya qazeta” nəşri “Azərbaycandakı Suriyalı döyüşçülər Ermənistana qarşı blitskriqə hazırlaşır” adlı dərc etdiyi məqalədə oxuculara həqiqətə tam uğun olmayan məlumatı təqdim edib.

"Sanki “yalan nə qədər çox və eybəcər olarsa, o qədər inandırıcıdır” prinsipi ilə məqaləyə yanaşan yazı müəllifi Vladimir Muxin heç bir etibarlı mənbəyə istinad etmədən, əsaslı faktlar gətirmədən oxucuları çaş-baş salır. Məqalədə guya Naxçıvanda döyüş təyyarələri ilə gücləndirilmiş Türkiyənin hərbi bazasının olması, Azərbaycana 500 nəfərə yaxın türkmən əsilli Suriyalı döyüşçünün gətirilməsi barədə həqiqətə uyğun olmayan uydurmaları qəti surətdə rədd edirik. Məqalədə yer alan əsassız iddialar, xüsusilə də guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi barədə xəbər açıq-aydın dezinformasiyadır və heç bir halda reallığı əks etdirmir. Məqalənin sifarişli olduğu aydın sezilir, yazılanlar düşünülmüş və böhtan xarakteri daşıyır"- deyə açıqlamada qeyd olunub.

Müdafiə Nazirliyi rəsmi surətdə bildirir ki, Azərbaycan ərazisində nə hər hansı xarici ölkənin hərbi bazası, nə də heç bir digər qeyri-qanuni silahlı birləşmə yoxdur: "Azərbaycan Ordusunun şəxsi heyətinin peşəkarlığı və döyüş təcrübəsi, silahlanmada olan hərbi texnika və döyüş vasitələri Ermənistan tərəfindən işğal edilmiş torpaqlarımızı azad edərək ölkəmizin ərazi bütövlüyünü bərpa etmək məqsədilə qarşıya qoyulan istənilən döyüş tapşırığını qısa zamanda yerinə yetirməyə kifayət edir. Bunu Azərbaycan Ordusu 2016-cı ilin aprel döyüşlərində, 2018-ci ildə Naxçıvan və 2020-ci ildə isə Tovuz istiqamətində həyata keçirilən əməliyyatlarda nümayiş etdirdi.

“Nezavisimaya qazeta”ya tövsiyə edirik ki, diqqəti Ermənistanda ictimai müzakirəyə çıxarılan “Müdafiə haqqında” qanuna əlavələr edilməsi məsələsinə yönəltsələr daha yaxşı olardı. Çünki bu qanun səfərbərlik ehtiyatları problemi ilə üzləşən Ermənistanı könüllülük əsasında silahlı dəstələrin formalaşdırılması sistemini yaratmağa məcbur etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırımağa imkan verir. Qanun qüvvəyə mindikdən sonra Ermənistan könüllülük adı altında Yaxın Şərqin qaynar nöqtələrindən, xüsusilə Suriya və Livandan gətirilən muzdlu döyüşçülər və terrorçularla öz ordusunun komplektləşdirilməsi məsələsini qanuniləşdirmiş olacaq. Bu cür dezinformasiyaların yayılmasında maraqlı olan rəsmi Yerevan regionda vəziyyətin yenidən gərginləşərək münaqişənin alovlanmasına və buraya daha çox tərəflərin cəlb olunmasına münbit şərait yaratmağa çalışır”.

635x100

Şərhlər

Xalq 2020-09-04 21:22:54

itlə dostluq eləyənin çomağı əlində hazır olmalıdır hər ehtimala qarşı.

t.ədalət 2020-09-02 14:31:30

Ordumuzdakı casusları uzaqlaşdırın.Hələ çox problemlərlə rastlaşacağıq.Rusiyanın xeyir-duası ilə ordumuza soxulan zabitlərdən qurtulmaq lazımdır.Onlarla ermənilərin fərqi yoxdur.Putinin qucağında əyləşən həmin zabitlər koronavirusdan təhlükəlidir.Elə Putinin əlini də ordumuzdan aralamaq lazımdır.Putinçiliklə yurd yerlərini azad etmək yox,həmişəlik itirmək olar.

Cəmil Veysov 2020-09-02 14:06:04

Bu halda işə XİN qarışmalıdır.Çünki uzun illərdir Rusiya mətbuatında dezinformasiy formada yazılar təsadüf edilir.Buna XİN Rusiyaya rəsmi bildirməlidir.Azərbaycan mətbuatında belə məlumatları yarımçıq çap etməklə iş bitmiş hesab etmək yanlışdır.Hər belə hala XİN rəsmi reaksitya verməlidir.Bəsdir arxadan daş atmaq!çşılaş

Famil 2020-09-02 12:20:07

Azərbaycan ərazisində qeyri-qanuni silahlı biləşmə var: Qarabağda yerləşən ermənistan silahlı qüvvələri.

Eldəniz 2020-09-02 10:38:56

Rusiya mətbuatı - dövlətləri tərəfindən bağışladığı silahları haqda yazsalar daha yaxşı olar ...Təyyarə dolu tonlarla silah aparıb verir Erməniyə ermənilər də könüllü ordu yaradırlar burda gəlib Soyqu bizə cırtdanın nağılını danışır ....Artiq heç kəs inanmır sizlərə nə də ATƏT adlı avara quruma ...Ümidimiz Allahın köməkliyi yalnız Azərbaycan Ordusunadir ....Hamısı erməni ruporlaridir belə məqalə yayanlar ,yazanlar və onları like edənlər də ...

Son yazılar