Menu

"GÖZƏGÖRÜNMƏZ" NAZİR MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Yeni vəzifə verildi + DOSYE (Yenilənib)

03.09.2020, 22:55
"GÖZƏGÖRÜNMƏZ" NAZİR MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Yeni vəzifə verildi + DOSYE (Yenilənib)

Azərbaycan Respublikası (AR) Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifədən azad olunan Nadir Hüseynova yeni vəzifə verilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq XİN Mətbuat xidmətindən bildirilib.

N.Hüseynov Xarici İşlər nazirinin əmri ilə xüsusi tapşırıqlar üzrə səfir təyin edilib.

***

Azərbaycan Xarici İşlər nazirinin müavini Nadir Hüseynov tutduğu vəzifədən azad edilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, N. Hüseynov 2010-cu ildən nazir müavini vəzifəsində çalışırdı.

Nadir Hüseynovun adı isə Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində iyulun 3-də başlatdığı antikorrupsiya həbslərindən sonra gündəmə gəlmişdi. 

Qeyd edək ki, rəisi həbs edilən Konsulluq İdarəsi Nadir Hüseynovun kurasiyasında olub. N.Hüseynov 2010-cu ilin noyabrın 24-dən nazir müavini postunda işləyirdi. O, 1992-1998-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin 1-ci katibi, şöbə müdiri, idarə rəisinin müavini, 1998-2010-cu illərdə Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi olmuşdur.

2002-ci il yanvarın 12-də ona fövqəladə və səlahiyyətli səfir dərəcəsi verilib. 2010-ci ilin noyabrın 24-də nazir müavini vəzifəsinə təyin edilib. Onu az-az hallarda Bakıya gələn əcnəbi qonaqları qarşılayanlar sırasında görmək mümkün idi. 

Musavat.com-un məlumatına görə,  özünü həmişə arxa planda saxlamağı xoşlayan sabiq nazir müavinin “zamministr nevidimka”(gözəgörünməz) adlandırırmışlar. Ötən ay Nadir Hüseynov və daha bir müavinin XİN-də baş verən pozuntularla bağlı DTX-ya çağırılıb, saatlarla ifadə vermələri barədə xəbər yayılmışdı.

Qeyd edək ki, prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu xarici işlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən “ilk növbədə, nazirlik sistemində vəziyyət sağlamlaşdırılmalıdır. Kadr siyasətində şəxsi tanışlıq, rəğbət, dostluq əlaqələri yox, peşəkarlıq, vətənpərvərlik və milli dəyərlər əsas olmalıdır. Peşəkar, Vətənə bağlı olan, bilikli və Azərbaycanın maraqlarını layiqincə müdafiə edə bilən kadrlar önə çəkilməlidir ” deyə, bildirib.

Şərhlər

saqqallı uşaq 2020-09-09 21:37:09

bəs Nadir Huseynovun əmisioğlu Mahmud Mammed-Kuliyev nə vaxt gedəcək? .......

Vətəndaş 2020-09-07 14:10:44

Qohum-qardaşlar vəzifə sahbidirlər......

Ceyhuna əlavə 2020-09-06 19:46:26

Ermənidən olanların və erməni qarışıqları olanların yuxarı vəzifələrə t....

Kələntər 2020-09-04 19:24:50

Yedinka Nadir bəyəm Fikrət Məmmədovun əmisi oğlu deyil?

Ramil 2020-09-04 11:48:22

Azərbaycanın sağlam yaşaması üçün milli qarışıqlar bütün qurumlardan təmizlənməlidir.Əfsus ki, bu sahədə iş aparılmır......

Azad İnsan 2020-09-04 11:44:15

xarici işlər nazirliyində digər erməni kökənli və ya ermənilərlə qohumluğu olan əməkdaşlar da çalışırlar. ONlar haqda niyə yazmırsınız?

Eldəniz 2020-09-04 07:26:34

Çox maraqlıdır sən demə 10 ildir bu adam nazir müavini işləyir amma jek rəisləri qeder xalq arasında çıxmır oturub ancaq protokol oxumaqnan məşğuldur...Nazir müavinlərindən Xələf Xələfov aktiv diplomatik fəaliyyətinin şahidi olmuşuq... Əvvəllər biri də var idi Araz Əzimov Qarabağ məsələsi ilə məşğul olardı ..mətbuata tez tez çıxardı amma Azərbaycan dilini o d Elmar Məmmədyarov kimi çox yaxşı bilmirdi..Indi haradadır çox maraqlıdır...

.EJDER NAQILBAZ 2020-09-04 01:59:12

ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR

.EJDER NAQILBAZ 2020-09-04 01:59:12

ha ha ha malades,,,ANALOQU OLMAYAN ISLAHATLARDIRRRRR

Ceyran 2020-09-04 00:53:29

Nadir Hüseynovun həyat yoldaşı "sanballı" ailədəndir. Bu qadının atası sovet dövrünün məşhur partokratlarından biri İsa Məmmədovdur, onun hətat yoildaşı isə milliyyətcə erməni olan Klara Məmmədova olub. Sovet dövründə partiya eşalonunun yuxarı mərtəbələrində bu faktı hər kəs bilirdi.

t.ədalət 2020-09-03 21:13:46

.....yaxını ermənilər vəzifələrdə hələ çoxdur......Bəzi məmurlar evinə usta çağırır,anasını gizlədir,qulluqçunu anası kimi təqdim edir.

Fəridə 2020-09-03 20:37:27

məlumat üçün nəzərinizə çatdırırıq ki, Nadir Hüseynovun həyat yoldaşı milliyyətcə başqa millətdir, bəz məlumatlaa görə ermənidir. Həmin qızın qardaşı isə XİN-də idarə rəisidir...,Nadir Hüseynovun əmisi oğlu isə digər nazir müavini Mahmud Məmmədquliyevdir. ...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol