Menu

MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDA RƏQS EDƏN LİSEY DİREKTORU TÖHMƏT ALDI - VİDEO

03.09.2020, 18:34
MEHDİYEVİN NƏVƏSİNİN TOYUNDA RƏQS EDƏN LİSEY DİREKTORU TÖHMƏT ALDI - VİDEO

AMEA rəhbəri Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən daha bir vəzifəli şəxs cəzalandırılıb.

Avqustun 18-də Novxanıda baş tutan toy mərasimində Heydər Əliyev adına liseyin direktoru Sevinc Orucova da iştirak edib. "Qafqazinfo" xəbər verir ki, xüsusi karantin rejimi qaydalarını pozduğuna görə ona Təhsil nazirinin müvafiq əmri ilə töhmət verilib.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

Şərhlər

Aborigen 2020-09-06 13:21:40

Maraqlıdır, töhmət nəyə görə verilib - toyda iştirak etdiyinə görəmi, yoxsa rəqs etdiyinə görəmi?

Arif 2020-09-04 18:18:47

nə gözəl xanımdı.

Çingiz 2020-09-03 21:52:46

Litsey direktoruna baxın da,uşaqlarln tərbiyəsi ilə belələri məşğul olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol