Menu

XARİCİ İŞLƏR NAZİRİNƏ YENİ MÜAVİN TƏYİN OLUNDU - Foto + DOSYE (Yenilənib)

03.09.2020, 23:00
XARİCİ İŞLƏR NAZİRİNƏ YENİ  MÜAVİN TƏYİN OLUNDU - Foto + DOSYE (Yenilənib)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Birinci vitse-prezident Katibliyi rəhbərinin müavini Fariz Rzayev Azərbaycan Xarici İşlər nazirinin müavini vəzifəsinə təyin edilib.

Bu barədə  Azərbaycan Xarici İşlər Nazirliyindəki məlumat verilib.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutundan beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından eyni ixtisas üzrə magistr dərəcəsinə malikdir.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.
O, 2017-ci ildə Təhsil Nazirliyində Aparat rəhbəri işləyib. Sonra F.Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəis müavini vəzifəsinə təyinat alıb.

Şərhlər

Şahin Cəfərov 2020-09-07 12:12:51

Xaricdən gətirilərək Qarabağda məskunlaşdırılan erməniləri bu işdən çəkindirmək üçün XİN-miz bütün dünyaya, xüsusilə ermənilərə ən yüksək tribunalardan bəyan etməlidir ki, 1989-cu ildən sonra Qarabağa köçüb yaşayanların hamısı, biz Qrabağı qaytardıqdan sonra, milliyətindən asılı olmayaraq deportasiya olunacaqlar. Bu Qarabağa yaşamaq üçün gəlmək istəyənləri ayıltmış olar

Şahin Cəfərov 2020-09-07 11:49:59

Mənim sözüm yeni Xarici içlər nazirinədir. Mən bildirmək istəyirəm ki, ermənilərin

Ter 2020-09-04 11:54:07

ruskoyazıçnıy qaqaşların ən rusbaşlısı Fariz Rzayevin həyat yoldaşının milliyəti ilə maraqlansanız, birmənalı olmayan ehtimal və nəəzriyyələr eşitməli olacaqsınız. Sonra "demədiniz" deməyin.

Hüquqşünas 2020-09-04 11:35:02

Tətin olunanların tərcümeyi halı niyə müfəssəl verilmir.Ona görə vətəndaşlar haqlı olaraq milli qarışıq məsələsini ortaya atır.Tək Bakıda anadan olmaq kifayət olmadığı hamıya bəllidir.Belə vəifəərə əyinat olan məmurların tam məlumatı əhaliyə çatdrılmalıdır.Ona görə belə yarmçq məlumat şübhə yaradı...

Sonqulu Baloğlanoviç 2020-09-04 01:11:42

Fariz Rzayev nazir müavini Araz Əzimovun kadrıdır.....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol