Menu

Təbriz klubu İran kubokunu qazandı

03.09.2020, 21:24
Təbriz klubu İran kubokunu qazandı

Futbol üzrə İran kubokunun qalibi müəyyənləşib. "Report"un məlumatına görə, finalda Tehran təmsilçisi "İstiqlal"ı 3:2 hesabı ilə məğlub edən Təbrizin "Traktor" klubu titula sahib çıxıb.

Qeyd edək ki, "Traktor" tarixində ikinci dəfədir ölkə kubokunu qazanır. Komanda ilk dəfə 2014-cü ildə bu uğura imza atıb. 1976 və 1994-cü ildə isə finalçı olub.

Şərhlər

vidadi goyce 2020-09-04 08:17:23

aferin,turk ovladlari .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol