Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, brent neftinin barelinin qiymətinin 80 dollara qədər düşə biləcəyi proqnozunu verib.
Fitch Ratings, internet saytından verdiyi açıqlamada, "Brent neftin barelinin qiyməti, təbii qaz təklifinin artması səbəbilə 80 dollara qədər düşə bilər. Brent neft qiymətlərindəki sərt eniş, şirkətlərin istehsallarını davam etdirə bilmələri üçün daha çox quyu açmalarını tələb edəcək" - qeyd edilib.
Fitch, brent neft qiymətlərinin 90 dollar ətrafında hərəkət etməyə davam edəcəyini, lakin 75-80 dollara qədər də eniş göstərə biləcəyini vurğulayıb.


Şərhlər