Bakı Nəqliyyat Agentliyinin (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı qalmaqallı açıqlama vermiş şöbə müdiri Hikmət Babayev işdən çıxarılıb. Bu barədə “Report”a BNA-dakı mənbə bildirib.
Xatırladaq ki, ötən gün BNA açıqlama yayaraq H.Babayevin dediklərinin onun şəxsi fikri olduğunu, qurumun mövqeyini əks etdirmədiyini, şöbə müdiri ilə bağlı müvafiq inzibati tədbirlərin həyata keçirildiyini bəyan etmiş, lakin bu tədbirlərin nədən ibarət olduğunu açıqlamamışdı.


Şərhlər
indi sən də taksiyə həsrət qalacaqsan.
Bu cür yarıtmaz işçilərdən bütün dövlət qurumlarında hələ çoxdur. Vəzifəyə kimlərinsə hesabına gətirilirlər, məsuliyyətlərini dərk etmək istəmirlər, özlərini “ağıllı” sayırlar, həqiqətdə isə iki eşşəyin arpasını bölə bilmirlər. Biabırçılıqdır.
Tam düzgün qərardır.Cənab Prezdent bu şəxsləri vəzifəyə təyin edi ki,get xalqa xidmət et.Bunlar isə çalışırlar ki minlərlə insanı işsiz qoysunlar,insanları dövlətdən narazı salsınlar.Monopoliya el bir bəladır ki, o qaldıqca Azərbaycan tənəzzülə uğrayacaq.İnsanların,ictimaiətin reaksiyası öz müsbət rolunu oynadı.Dövlətçiliyimizə zərbə vurmaq istəyənlərin üstünə birlikdə getmək,mübarizə aparmaq lazımdır.