Menu

Bakıda kran aşıb - Sürücüsü ölüb, bir nəfər yaralanıb

04.09.2020, 15:54
Bakıda kran aşıb - Sürücüsü ölüb, bir nəfər yaralanıb

Bakıda kranın yaşayış binasının üstünə aşması nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb. Şahidlərin “Report”un hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, ölən şəxsin kranın sürücüsü olduğu bildirilir.

Qeyd edilib ki, hadisə nəticəsində yaralanan isə ərazidən keçən şəxslərdən biridir.

Məlumata görə, kranın aşması nəticəsində ərazidə olan 6 avtomobilə ciddi ziyan dəyib, mənzillərdən birinin damı uçub.

Səhiyyə Nazirliyindən "Report"a verilən məlumata görə, Mövsüm Sənani 29 ünvanında kranın aşması barədə məlumat təcili yardıma saat 14.04 də daxil olub.

Hadisə yerinə Baş Prokurorluğunun əməkdaşları gəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol