Menu

Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini müzakirə edib

04.09.2020, 17:55
Azərbaycan və İran işğal olunmuş ərazilərdə SES tikintisini müzakirə edib

Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında elektroenergetika sahəsində əməkdaşlıq üzrə işlər davam etdirilməkdədir.

"Report"un Energetika Nazirliyinə istinadən verdiyi xəbərə görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə yaradılan Birgə Texniki Komissiyanın videokonfrans formatında növbəti iclası keçirilib.

Görüşdə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, həmçinin su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələləri geniş müzakirə edilib.

Eyni zamanda “Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılmış Müştərək Texniki Komissiyanın videokonfrans formatında ilk iclası keçirilib. Görüşdə “Ordubad” su elektrik stansiyasının tikintisinin sürətləndirilməsi və stansiyanın tikintisinin ətraf mühitə təsirinin qiymətləndirilməsi məsələləri üzrə fikir mübadiləsi aparılıb. İclasda növbəti görüşün cari ilin sentyabr ayının sonlarında Naxçıvan Muxtar Respublikasında keçirilməsi qərara alınıb.

Şərhlər

Seyid Ənhu 2020-09-04 21:36:02

“Xudafərin” hidroqovşağı xalqın xəbəri olmadan tikilib. İndi buna don geydirib hansısa bəhanə ilə millətə təzə iş kimi sıramağı düşünürsünüzsə yanılırsınız. Hamı hər şeyi bilir.

Seyid Ənhu 2020-09-04 21:36:00

“Xudafərin” hidroqovşağı xalqın xəbəri olmadan tikilib. İndi buna don geydirib hansısa bəhanə ilə millətə təzə iş kimi sıramağı düşünürsünüzsə yanılırsınız. Hamı hər şeyi bilir.

hökümətə 2020-09-04 19:34:08

Xudafərinə kalan pul qoymusunuz. İndi nə suyunuz nə də pulunuz var. Sizdən soruşuram niyə o qədər pulu erməniynən,farsa yedizdirdiz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol