Menu

İraqda koronavirusa gündəlik yoluxma sayında rekord qeydə alınıb

04.09.2020, 18:24
İraqda koronavirusa gündəlik yoluxma sayında rekord qeydə alınıb

İraqda yeni növ koronavirusa gündəlik yoluxma hallarının sayı ilk dəfə 5 mini ötüb.“Report” INA agentliyinə istinadən xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyinin məlumatlarından görmək olar.

Belə ki, son gündə 5 036 yeni COVID-19 hadisəsi qeydə alınıb, 3 611 nəfər sağalıb, 84xəstə ölüb.

Beləliklə, İraqda koronavirusa yoluxanların sayı 252 mini keçib, bunlardan 191 mindən çoxu sağalıb. Nazirlikdən bildirilib ki, ümumilikdə 7 359 nəfər koronavirusla əlaqəli xəstəliklərdən ölüb.

Hazırda reanimasiya şöbələrində 495 xəstə var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol