Menu

İranda güclü partlayış zamanı 100-dən çox insan xəsarət aldı

04.09.2020, 23:13
İranda güclü partlayış zamanı 100-dən çox insan xəsarət aldı

İranın qərbində xlor balonunun partlayışı nəticəsində azı 120 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İlam vilayətinin Çardaval sahəsi üzrə rəhbəri İlyas Fəttahi bildirib.

"Xlorun (balonun-red) partlayışı nəticəsində zərər çəkənlərin sayı 120 nəfərə çatıb", - “Tasnim” agentliyi ondan sitat gətirib.

Agentlik bildirib ki, xilasetmə xidmətlərinin əməkdaşları ərazidədir, vəziyyət nəzarət altındadır. Hadisənin başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol