Bakı Nəqliyyat Agentliyi (BNA) taksi fəaliyyətinin tənzimlənməsi ilə bağlı verdiyi qalmaqallı açıqlamaya görə bu günlərdə işdən azad edilmiş şöbə müdiri Hikmət Babayevə quruma məxsus "BakuBus" MMC-də vəzifə verilməsi barədə sosial şəbəkələrdə yayılmış məlumatlara münasibət bildirib.
Agentliyin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev "Report"a açıqlamasında deyib ki, bu məlumatlar həqiqətə uyğun deyil.
“Sosial şəbəkələrdə həmin məlumatları yayanlar bunu məqsədli şəkildə edirlər, cəmiyyətdə çaşqınlıq yaratmaq niyyəti güdürlər”, - o qeyd edib.
Xatırladaq ki, H.Babayevin televiziya kanallarından birinin efirində səsləndirdiyi “Taksiləri gündəlik nəqliyyat vasitəsinə çevirmək düzgün deyil. Buna görə müntəzəm marşrut xətləri mövcuddur” fikirləri ictimai qalmaqala səbəb olmuş və BNA-nı kəskin tənqid hədəfinə çevirmişdi. Bundan sonra o, vəzifəsindən azad edilmişdi.


Şərhlər
Hikmət Babayev kimi yarıtmaz, məsuliyyətini dərk etməyən, kimlərinsə sayəsində vəzifə tutan insanlar dövlətə məxsus qurumlarda və dövlət orqanlarında onlarladır. Bunların hamısını qovub layiq olduqları yerə atmaq lazımdır ki vətəndaşların haqqı tapdanmasın.
Davam: iqtisadi islahatların istiqamətini düzgün müəyyən etmək tələbi qoyulmalıdr. Yoxsa ki, işi olmayan hər bir avto idarə edə bilən iş yeri kimi taksistlik eləməklə ailəsini dolandırmaqdan gedirsə, yənə gəlin qayıdaq iqtisadi islahatlar məsələsinə. "sosial şəbəkə" nə zamandan bəri ədalət, həqiqət, qanunun meyarı olub? Biləndə, bilməyəndə bir daş atır, hadisələr səthində cizgilər yaranır, düşüncəsiz yanaşmalar onları qalınlaşdırır, genişləndirir, GÜNDƏM yaradır. Və buna xalqın səsi deyilir? Çoxluğun nə olduğunu isə hər birimiz bilirik...