Menu

Rusiyada daha 110 nəfər virusdan ölüb

05.09.2020, 12:39
Rusiyada daha 110 nəfər virusdan ölüb

Rusiyada son sutkada 5 205 nəfər koronavirusa yoluxub.“Report” xəbər verir ki, məlumatı ölkənin Operativ Qərargahı yayıb.

Bununla da Rusiyada COVID-19-a yoluxanların ümumi sayı 1 020 310 nəfərə çatıb. Son sutkada 110 nəfər virusdan ölüb və koronavirusdan vəfat edənlərin sayı 17 759 nəfərə yüksəlib. 838 126 pasiyent koronavirusdan sağalıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol