Menu

Ukrayna şəhərləri karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdi

06.09.2020, 11:02
Ukrayna şəhərləri karantinə görə Nazirlər Kabinetini məhkəməyə verdi

Ukraynanın dörd şəhərinin rəhbərliyi ölkə hökumətini məhkəməyə vermək barədə qərar qəbul edib. Bu barədə "Report" "Strana.ua"ya istinadən xəbər verir.

İvano-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv məlumatı təsdiqləyib. Qeyd edilir ki, bu addım koronavirus infeksiyası ilə bağlı karantin tədbirlərinin sərtləşdirilməsinə görə atılıb.

Artıq bir sıra şəhərlər məhkəməyə müraciət edib. Siyahıda İvano-Frankovskla yanaşı, Ternopol, Kaluş və Kolomıya şəhərlərinin də adları var.

Şəhərlərin hakimiyyət orqanları rəhbərlərinin fikrincə, Nazirlər Kabinetinin müvafiq qərarı ölkə vətəndaşlarının əsas konstitusiya hüquqlarını pozub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol