Menu

Gürcüstanda koronavirusa 29 yeni yoluxma faktı qeydə alınıb

06.09.2020, 14:27

Gürcüstanda son sutkada koronavirusa 29 yeni yoluxma faktı qeydə alınıb, 8 pasiyent sağalıb.“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19-a yoluxanların sayı 1 650-yə, sağalanların sayı isə 1 310-a çatıb. Xəstəlikdən 19 nəfər vəfat edib.

Hazırda Gürcüstan üzrə 6 020 nəfər karantində, 299 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol