Menu

Ramiz Mehdiyevin kürəkəninin qudası azadlığa çıxıb

06.09.2020, 12:58
Ramiz Mehdiyevin kürəkəninin qudası azadlığa çıxıb

Abşeron Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs cəzası alan Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev bu gün azadlığa çıxıb.

 DİN-in Binəqədi rayonunda yerləşən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsindən çıxan Rövşən Mustafayev maşına minərək oradan uzaqlaşıb.

O, jurnalistlərdən qaçmağa çalışıb. Yaxınlıqda olan avtomobilə minərək sürətlə oradan ayrılıb.

Xatırladaq ki, İ.Əliyev və R.Mustafayev İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirdilər.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy mərasimi təşkil etmişdi.
Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb. Ciddi müzakirələrə səbəb olan toy məclisindən sonra bir çox tanınmış şəxs və məmur cəzalandırılıblar.

Onlar arasında deputat Siyavuş Novruzov, ombudsman Səbinə Əliyeva, Abel Məhərrəmov və digərləri də var idi. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol