Menu

Bərdədə ağaclar baş həkimin göstərişi ilə kəsilib - Prokurorluq

07.09.2020, 12:06
Bərdədə ağaclar baş həkimin göstərişi ilə kəsilib - Prokurorluq

Ölkədə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması istiqamətində mühüm işlər görülür.

Bərdə rayon prokurorluğundan "Report"a verilən məlumata görə, bəzi hallarda ayrı-ayrı fiziki və ya hüquqi şəxslər tərəfindən ətraf mühitin mühafizəsi qaydalarının pozulması halları müşahidə olunur və prokurorluq orqanları tərəfindən belə hallara qarşı ən ciddi mübarizə tədbirləri davam etdirilir.

Belə ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə Bərdə rayon prokurorluğunda araşdırma aparılıb.

Aparılmış araşdırmalarla cari ilin yanvar ayında qeyd edilən xəstəxananın baş həkimi Nizami Mehdizadənin göstərişi əsasında təsərrüfat şöbəsinin müdiri Yəhya Qasımov tərəfindən həmin ağacların məhv edilməsi və nəticədə təbiətə maddi ziyanın dəyməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları, ətraf mühitə vurulmuş maddi ziyanın məbləğinin müəyyən edilərək ödənilməsinin təmin edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.

Şərhlər

oxucu 2020-09-07 13:37:30

niyə ki, bərdə də qiymətlər ucuzdur. xəstə ziyarətinə günün istənilən saatında girmey olur. cəmi 2 manata. deyəsən mühafizeçilerin və digər xəstəxana xərclərin ziyarət puluyla qarşılayırlar. hamımız razıyıq el-ele verib bolnitsamızı göylərə qaldıracagıq )

salam 2020-09-07 13:32:11

bərdə şəhərində tibbi sığortaya hazırlıq üçün uşaq xestexenasın və poliklinikanı mərkəzi xəstəxananın ərazisinə köşürdüler. əlavə olaraq doğum evide eyni ərazidə yerleşir. sıxlıqdan tərpənmək olmur. uşaq xəstəxanası o yanda boş qalıb burda isə travmatologiyaya gelen-avto qəzaya düşmüş adamları uşaqların gözü önündən aparırlar. bir gelib baxsanız. axı bura suriya yaxud liviyadakı humanitar düşergenin eynisidi. (((

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol