Menu

Çin yuanı dünyanın 3-cü yığım vasitəsi ola bilər

07.09.2020, 15:37
Çin yuanı dünyanın 3-cü yığım vasitəsi ola bilər

“Son vaxtlar Çinə xarici investisiyaların axınının güclənməsi bu ölkənin milli valyutası - yuanın dəyərini kəskin artıra, onu ABŞ dolları və avrodan sonra dünyanın 3-cü yığım vasitəsinə çevirə bilər".

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın investisiya bankı - “Morgan Stanley”in analitiklərinin hesabatında bildirilir.

Sənədə əsasən, hazırda yuanda saxlanılan aktivlərin dünya üzrə xüsusi çəkisi 2% təşkil edir. Bu göstəricinin 2030-cu ilə qədər 5%-10% aralığına yüksələrək yapon yenini və ingilis funt sterlinqini keçəcəyi gözlənilir.

Qeyd edək ki, bu il Çin iqtisadiyyatına xarici investisiya qoyuluşunun 150 milyard ABŞ dollarını keçəcəyi, 2021-2030-cu illərdə isə bu rəqəmin 200-300 milyard ABŞ dolları arasında dəyişəcəyi proqnozlaşdırılır.

Şərhlər

t.ədalət 2020-09-07 21:34:13

Çin yuanıə heç vaxt dünya valyutası ola bilməz.Hərbi gücünə baxmayaraq Amerika istədiyi vaxt Çinin iqtisadiyyatını çökdürə bilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol