Belarus müxalifətinin liderlərindən biri, Koordinasiya Şurasının üzvü Maria Kolesnikova bu gün səhər Minskin mərkəzində naməlum şəxslər tərəfindən qaçırılıb.
Hadisə şahidləri bildirib ki, Maria Kolesnikova maskalı şəxslər tərəfindən məcburi şəkildə avtomobilə mindirilərək naməlum istiqamətə aparılıb.
Qeyd edək ki, bazar günü Belarus müxalifəti prezident Aleksandr Lukaşenkonun iqamətgahı qarşısında izadihamlı mitinq keçirib. Yüz minlərlə insanın qatıldığı etiraz aksiyasının əsas tşkilatçılarından biri Mariya Kolesnikova olub.
Belarus hakimiyyəti bildirib ki, nümayişlərdə polislə qarşıdurma zamanı 633 nəfər saxlanıb.
AzPolitika.İnfo


Şərhlər
Belorusda xalqın başına açılan oyunların arxasında Putin dayanır.
Batka bashin itirub ((((