Menu

Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı - Video

07.09.2020, 17:46
Türkiyənin Müdafiə Nazirliyi Naxçıvandakı təlimlərlə bağlı açıqlama yaydı - Video

Azərbaycan və Türkiyə ordusunun Naxçıvanda keçirilən birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri davam edir.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəhrəman əsgərlərimizin hədəfləri tam dəqiqliklə məhv etdiyi taktiki təlimlərin xüsusi müşahidəçi günü Naxçıvanda gerçəkləşdirilib”, - nazirlikdən bildirilib.

Qeyd edək ki, Azərbaycan ilə Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, sentyabrın 5-də Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayıb.

Şərhlər

Xalq 2020-09-07 19:40:17

Əkiz gardaşlarıq TÜRKİYƏ-AZƏRBAYCAN!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol