Menu

Bakıda yeni doğulan körpənin oğurlanması iddiası barədə rəsmi açıqlama

07.09.2020, 17:54
Bakıda yeni doğulan körpənin oğurlanması iddiası barədə rəsmi açıqlama

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində paytaxt sakini Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarından birinin “3 nömrəli Şəhər Klinik Xəstəxanası” publik hüquqi şəxsinin həkimləri tərəfindən oğurlanması barədə məlumatlar yayılıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat xidmətindən bildirilib ki, Aytən Namazovanın yeni doğulmuş əkiz uşaqlarının birinin qeyd edilən xəstəxananın həkimləri tərəfindən oğurlanması barədə müraciəti üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən edilib ki, Aytən Namazovanın hamiləliyi dövründə ultrasəs müayinəsi üçün müraciət etdiyi Sabunçu rayonu 21 saylı şəhər poliklinikasının həkim-sonoqrafı Sevda Nəzərova və həkim sonoqraf Şərqiyyə İbrahimova tərəfindən müayinə vərəqələrində faktiki olaraq bir dölə aid göstəricilərin qeyd olunmasına baxmayaraq, sonuncuların müayinə vərəqələrinin tərtibatına məsuliyyətsiz yanaşmaları nəticəsində dölün sayı qrafasında mexaniki səhvə yol verilərək 2 rəqəmi qeyd edilib.

Aparılmış araşdırma nəticəsində Aytən Namazovanın 7 noyabr 2019-cu il tarixdə müraciət etdiyi 3 saylı Şəhər Klinik Xəstəxanasında ultrasəs müayinəsi zamanı 6 həftəlik əkiz döllərə hamilə olması, lakin hamiləliyinin sonrakı dövrlərində döllərdən birinin inkşafdan qalması nəticəsində 31 iyul 2020-ci il tarixdə yalnız bir uşaq dünyaya gətirməsi alınmış izahatlar, məhkəmə-tibbi ekspertinin rəyi və digər zəruri sənədlərlə sübuta yetirildiyindən, toplanmış material üzrə cinayət hadisəsi müəyyən olunmadığından 3 sentyabr 2020-ci il tarixdə cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib.

Sabunçu rayon prokurorluğu tərəfindən qeyd edilən həkimlərin intizam məsuliyyətinə cəlb olunmaları məsələsinə baxılması, bu kimi halların qarşısının alınması və gələcəkdə yol verilməməsi məqsədi ilə Bakı şəhər Baş Səhiyyə İdarəsinə təqdimat verilib.

Şərhlər

Helime 2020-09-07 21:35:19

Chox qeribedir. Hansi esrde yashayiriq? Bu ana dogushdan evvel USM-DEN kechmeyib? Bu qadin dogusha gedende bilmeyib ki, ekizlerdi, yoxsa tek dol. Yeni, bu qeder cahil , savadsiz olmaq olarmi?

t.ədalət 2020-09-07 21:27:16

Uşağı oğurlayan adam pulun gücü ilə,hətta Aytənin yanında olan körpəni də özgəninki edə bilər.Gülməlidir,uşağı olan ana bilmir ki,onun neçə körpəsi dünyaya gəlib?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol