Daxili İşlər naziri Vilayət Eyvazov yeni kadr təyinatlarına dair əmr imzalayıb. “AzPolitika.info” xəbər verir ki, nazir Neftçala rayon mühafizə polis bölməsinə yeni rəis təyin edib.
Belə ki, Yasamal rayon mühafizə polis idarəsinin bölük komandiri Şahbazov Çingiz Abdin oğlu Vilayət Eyvazovun əmriylə Neftçala rayon mühafizə polis bölməsinə rəis təyin olunub.
Neftçala mühafizə polisinin bölmə rəisi polis polkovnik-leytenantı Babayev Əli Arif oğlu isə Daxili İşlər nazirinin digər əmri ilə Sabirabad rayon regional mühafizə şobəsinə rəis təyin edilib.


Şərhlər