Menu

AFFA Təbrizin "Traktor" klubunu təbrik etdi

08.09.2020, 18:07
AFFA Təbrizin "Traktor" klubunu təbrik etdi

AFFA Təbrizin "Traktor" klubunun İran kubokunu qazanmasına biganə qalmayıb.

"Report" xəbər verir ki, milli assosiasiya rəsmi "Facebook" səhifəsi vasitəsilə təbrik mesajı yayımlayıb.

"Traktor" klubunu İran kubokunun qalibi olması münasibətilə təbrik edirik!", - bildirilib.

Qeyd edək ki, "Traktor" finalda Tehranın "İstiqlal" klubunu 3:2 hesabı ilə məğlub edərək titula sahib çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol