Menu

“Traktor” azarkeşləri məhkəməyə çağırılır – Türk fəallara qarşı ittihamlar elan olunub

09.09.2020, 10:59
“Traktor” azarkeşləri məhkəməyə çağırılır – Türk fəallara qarşı ittihamlar elan olunub

“Traktor Azərbaycan” komandasının azarkeşi Məhəmməd İbrahim Cövdət Təbrizin Xosrovşah bölgəsinin ümumi məhkəməsinə çağırılıb.

HRA agentliyin bildirdiyinə görə, türk fəal keçən cümə günü Təbriz hava limanındaİran ‘Həzfi’ kubokunun qalibi olan Traktor komandasını salamlama mərasiminə qatıldığı zaman nəzarət altına alınıb, bir neçə saat sonra sərbəst buraxılmışdı. Çağırış vərəqəsində yazılanlara əsasən, məhkəmə Cövdəti toplaşma, iğtişaş vəİslam Respublikası nizamına qarşı təbliğat ittihamı ilə günahlandırır. Məhəmməd İbrahim Cövdətdən beş gün ərzində məhkəməyə müraciət etməsi tələb edilib.

Təbrizin “Traktor” komandası sentyabrın 3-də Məşhəd şəhərində keçirilən İranın ‘Həzfi’ kubokunun final oyununda Tehranın “İstiqlal” komandasını 3-2 hesabı ilə məğlub edərək İran milli kubokunun qalibi oldu.

“Traktor” komandasının qalibiyyətindən sonra İranın Azərbaycanının bəzi bölgələrində təşkil olunan şənlik mərasimlərində bir neçə azarkeşin saxlanıldığına dair xəbərlər yayılıb.

İran Azərbaycanından əlavəİranın digər bölgələrində yaşayan türklər arasında da çox sayda azarkeşi olan “Traktor” klubu ölkədə türk kimliyinin simvolu kimi dəyərləndirilir. Klubun Türkiyə və Azərbaycan Respublikasında da xeyli azarkeşi var. 

“Traktor” komandası Türkiyə mediasında “dünyanın ən çox tərəfdarı olan türk komandası” kimi təqdim edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol