BU GÜN KORONAVİRUSA YOLUXANLARIN SAYI YENİDƏN ARTDI - 3 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 175 yeni yoluxma faktı qeydə alınıb, 154 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 35 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib, 2 058 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 140, bu günə qədər isə ümumilikdə 980 978 test icra olunub.

635x100

Şərhlər

t.ədalət 2020-09-09 19:21:57

Orta məktəbin aşağı sainfində oxuyanda məktəbə tez-tez heyva satanlar gəlirdi.Onlar torbanı yellədə-yellədə əllərini soxub içərisindən istədikləri ölçüdə birini çıxardır və satırdılar.İndi bizim "virusşiklər" də elə.yuxarıdan gələn tapşırığa əsasən qutudan say çıxarırlar.Deyirəm ki,yaxşıdır ki,çaşıb ölkə əhalisinin sayını çıxarmırlar..

TARIX 2020-09-09 17:11:37

METRONU ACMAQ,MASKADAN İSTİFADƏNİ TƏMİN ETMƏK LAZIMDIR.XƏSTƏLİYİN MƏNBƏYİ AVTOBUSLARDIR.METRODA VENTİLYASİYANI İŞLƏTMƏK LAZIMDIR.

VƏTƏNDAŞ 2020-09-09 16:48:14

Azərbaycanda xəstəliyin yayılmasının əsas səbəblərindən biri avtobuslarda olan sıxlıqdır.Metronun işləməməsi də bu sıxlığı daha da artırır.Bu işlərə birbaşa cavabdeh şəxslər səhər və axşam saatlarında zəhmət çəkib yerində vəziyyətlə tanış olsunlar.Başa düşsünlər ki,həftənin 6-cı günləri marşurutları işlətməməklə insanları taksiyə mindirməklə onlara nə qədər ziyan vururlar.Başa düşün həftənin 6-cı günləri taksiyə minməyə məcbur etdiyiniz insanlar sizin qədər qazanmırlar..

Son yazılar