Menu

Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

10.09.2020, 12:26
Bakı Nəqliyyat Agentliyi deputatı böyük məbləğdə cərimələyib

“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçır? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz. Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Mən bunu demək istəmirəm böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-nın qurbanlıq gedən adamlarından yox, mühüm şəxslərini dəvət edək ki, cərimələrdən yığılan pullar hara gedir?”

Şərhlər

V 2020-09-10 15:02:10

Molodes

t.ədalət 2020-09-10 13:01:26

BNA elə bir xəyanətkar quruma çevrilib ki,sanki bizimlə erməni kimi rəftar edir.Yaxşı olar ki,bu adamlara əxlaq və davranış dərsləri keçsinlər.Onlar maşına yaxınlaşanda elə bilirsən ki,Suriyada üstünə vahabistlər gəlir.

Almaz 2020-09-10 12:56:54

Sadəcə, fəlakət. Deputatın özünün səs verdiyi qanunlardan xəbəri yoxdur.

ayxan 2020-09-10 12:32:33

demeli deputati polis cerimeleyur bawlayir polisin ozbawnaliqlarindan daniwmaga''deputati bna cerimeleyur bawlayir bu da bna nin ozbawnaliqlarindan daniwmaga.bes xalqa qarwi ozbawnaliqlar edende bu qurumlar o zaman niye sesleri cixmir bunlarin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol