"ƏLİMDƏ OLAN FAKTLARI ORTAYA QOYSAM..." - Ramiz Mehdiyev yenidən hədə-qorxu gəldi (Yeniləndi)

AMEA-nın Mətbuat və informasiya xidməti Amea prezidenti, akademik Ramiz Mehdiyevin bu gün "Təzadlar" qəzetinə açıqlama verməsilə bağlı bəyanat yayıb. 

AMEA-nın rəsmi saytında yayımlanan açıqlamanı təqdim edirik:

"10 sentyabr 2020-ci il tarixində “Təzadlar” qəzetində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin guya bu mətbu orqana müsahibə verdiyinə dair həqiqətə uyğun olmayan məlumat yayılmışdır. Xatırlatmaq istəyirik ki, 9 sentyabr 2020-ci il tarixində bu qəzetin bir əməkdaşı baş redaktorun adından akademik Ramiz Mehdiyevin iş telefonuna zəng vuraraq, ondan ölkədə cərəyan edən siyasi proseslərə dair şərh verməsini istəmişdir. Öz növbəsində AMEA prezidenti siyasi proseslərə dair hər hansı şərh vermək niyyətində olmadığını bildirmişdir. Dövri mətbuatda böhtanlar səsləndirən şəxslərin, xüsusilə də Fəzail Ağamalının və Maksim Musayevin fikirlərinə münasibət bildirmək xahişinə cavab olaraq isə akademik Ramiz Mehdiyev onların heç birini ciddi qəbul etmədiyini bir daha vurğulamışdır. Eyni zamanda o, böhtan atan şəxsləri məhkəməyə verməyə hazırlaşdığını və müvafiq prosedurların aparılması üçün vəkil tutulduğunu da jurnalistin diqqətinə çatdırmışdır.

Bir daha bəyan edirik ki, bu günlərdə akademik Ramiz Mehdiyev heç bir yerli və xarici KİV-ə müsahibə verməmişdir. AMEA-nın rəsmi saytında dərc edilmiş açıqlamalar istisna olmaqla, onun adından yayılan heç bir məlumat həqiqəti əks etdirmir.

***

"Məni əsassız tənqidlər belə o dərəcədə narahat etmir, lakin məni ən çox narahat edən yaxşılıq göstərdiklərimin, həyatını belə xilas etdiklərimin, ayağa qaldırdıqlarımın, məni görəndə ikiqat baş əyənlərin bu gün mənə düşmən kəsilməsidir - nankorluğudur". 

"AzPolitika.info" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev "Təzadlar" qəzetinə açıqlamasında bildirib.

O, barəsəində səsləndirilən tənqidlərə, ittihamlara cavab vermək əvəzinə, onunla bağlı tənqidi fikirlər səsləndirənləri yenidən hədələyib.

AMEA prezidenti tənqidçilərinə hədə-qorxu gələrək deyib: "Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Onlardan bəzilərini isə məhkəməyə verəcəyəm. Yazdıqları yalanlara, olmayan hadisələri uydurub söylədiklərinə görə yox, onların nankor olduqlarını cəmiyyətə sübut etmək üçün".

R. Mehdiyev vurğulayıb ki, həmişə bütün fəaliyyətində dövlətə, Ulu Öndər Heydər Əliyevin siyasi xəttinə sadiq qalıb, bunu əməli fəaliyyəti bir daha təsdiqləyir: "Cənab Prezident İlham Əliyevin həmişə yanında olmuşam, bu gün də onun siyasi kursunu dəstəkləyirəm, dövlətçilik yolunda canımı verməyə hazıram. Amma məni dövlət əleyhinə fəaliyyətdə suçlayanlar bunu gərək sözlə yox, faktla, sübut etsinlər. Kimliyindən asılı olmayaraq maraqlı qüvvələrə yarınmaq məqsədilə ortalığa atılan şəxslərə ilk növbədə cənab Prezidentin 23 oktyabr 2019-cu il tarixində məni ölkəmizin ən ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırlatmaq istəyirəm. Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur. Həmçinin İlham Əliyev xatırlatdı ki, Heydər Əliyev Moskvada yüksək vəzifədən uzaqlaşdırılarkən bir çoxları ona xəyanət etdiyi halda, məhz Ramiz Mehdiyev ulu öndərə sonadək sadiq qalmış azsaylı şəxslərdən biri kimi hörmətə layiqdir. Şəxsən mənim üçün ölkə başçısının verdiyi bu qiymətdən daha yüksəkdə dayanan heç bir rəy və fikir ola bilməz... »

AzPolitika.info

635x100

Şərhlər

Rabitəçi. 2020-09-17 10:50:57

Hörmətli Akademikimiz çaşıb öz qapısına topu ötürər,beləki əmlakın ona Novxanıda tikdirdiyi villaları cəmiyyətə aça bilər,deyərki onun muqabilində məndə onun göstərdiyi kadırları vəzifəyə namizədliyini verirdim,misal üçün Rabitə nazirin müavini Əli Abdullayev və digərləri.

Moshu - ya sual 2020-09-13 02:49:47

Xalqa sedaqetle, vicdanla xidmet eden insana muracietde, istifade olunur bu sozler - ifadeler : Hormetli , muellim . Sual olunur, ........ Ramiz Mehdiyev Azerbaycan XALQININ XOSHBAXTLIQI UCHUN, SEDAQETLE XALQA XIDMET EDIBMI 30 il muddetinde ?????????

Moshu 2020-09-12 14:12:49

Hörmətli “akademik”in bu fikrini bir daha təkrarlayıram. "Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”. Ramiz müəllim fərqindədirmi əgər onlar Ramiz Mehdiyevin barəsində hansısa yalnız ona məlum olan faktları ortaya qoysa o respublikadan başını götürüb hara gedər? Artıq belə məlumatlar işıq üzü görməkdədir. İnanın səmimiyyətimə, elə faktlar ortaya çıxacaqdır ki (bu faktları Ramiz müəllim nəzərdə tutduğu kadrları ortaya çıxaracaqlar). Sirkə nə qədər tünd olsa qabını çatladar, sındırar. Hörmətli “akademik” qeyd edir ki, aləm bir-birinə dəyər. Şərti götürək ki, elə dediyi kimi olar, Ramiz müəllimin qazancı nə olasıdı? Bundan yalnız Azərbaycan xalqı uduzar, bəs Ramiz müəllim azərbaycanlı deyil? Onun özü, övladları, nəvələri bu məmləkətdə yaşamayacaqlar? Çox şeyi demirəm, Ramiz müəllim bu suallara cavab verməyini xahiş edirəm.

Moshu 2020-09-11 23:57:34

Hörmətli “akademik”in bu fikrini bir daha təkrarlayıram. "Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər”. Ramiz müəllim fərqindədirmi əgər onlar Ramiz Mehdiyevin barəsində hansısa yalnız ona məlum olan faktları ortaya qoysa o respublikadan başını götürüb hara gedər? Artıq belə məlumatlar işıq üzü görməkdədir. İnanın səmimiyyətimə, elə faktlar ortaya çıxacaqdır ki (bu faktları Ramiz müəllim nəzərdə tutduğu kadrları ortaya çıxaracaqlar). Sirkə nə qədər tünd olsa qabını çatladar, sındırar. Hörmətli “akademik” qeyd edir ki, aləm bir-birinə dəyər. Şərti götürək ki, elə dediyi kimi olar, Ramiz müəllimin qazancı nə olasıdı? Bundan yalnız Azərbaycan xalqı uduzar, bəs Ramiz müəllim azərbaycanlı deyil? Onun özü, övladları, nəvələri bu məmləkətdə yaşamayacaqlar? Çox şeyi demirəm, Ramiz müəllimin bircə bu suallara cavab verməyini xahiş edirəm.

t.ədalət 2020-09-11 20:45:04

Ramiz Mehdiyev haqqında dissident Nadir Ağayevin "Faciələrimizin baiskarı" kitabında da ətraflı yazılıb.

Internet melumati 2020-09-11 16:58:16

Internetdeki melumata esasen, kechen esrin 30 - cu illerinde, Naxchivanin Şərur rayonu , Qarxun kendinde yashayirmish Ənvər kişi oz heyat yoldashi ile ve bu aile uzun muddet , ovladsiz idi. Ənvər oz arvadi ile Bakiya gedirler ermeni tanishinin evine ve hemin ermeni ailesinden bir balaca korpe oqlan ushaqini qebul edirler ve boyuk chemodanda bu ushaqi Naxchivana, Qarxun kendine oz evlerine getirirler, bu ermeni oqlan ushaqina, sonradan Ramiz adi verirler. Internetde hemchinin melumat var ki, o Ramizin arvadi xalis ermenidir ve Qalina Arutyunovna sonradan ozunu Qalina Yuryevna adlandirib. Xulase, ermenilerin Azerbaycanda maskalanma prossesi ...

BAKILI 2020-09-11 13:40:52

Faktlari qoy ortaliga sene quzu kesim

t.ədalət 2020-09-11 10:12:30

Mən bu faktlardan bəzisini bilirəm.Məsələn Əli Həsənovu prezident aparatında işə götürəndə Heydər Əliyevə demişdilər ki,onun atası problemlidir.H.Əliyevin göstərişi ilə Əli Həsənovun ata məsə\ləsi gizlədilmiş,anasının oğlu kimi vəzifəyə yəyin olunmuşdur.Bunu "əliyevçilər" və "91-lər" çox yaxşı bilirlər.

RT 2020-09-11 07:05:20

Adamin ciyerinden vurmushlar yauu (((

Moshu 2020-09-11 06:28:50

Atalarımızın çox ibrətamiz sözləri var, onlardan da biri ağır otur batman gəl ifadəsidir. 82 yaşın ola və özünü dəlioğlanlığa vurasan. Bu nə “fironluq”dur, nə ərköyünlükdür? İnsan yaşa dolduqca kamilləşir, yetkinləşir və özündən cavanlara bir növ nümunə olur. Hazırki vəziyyətdə isə dünyaya meydan oxuyur, kimləri isə hədələyir, təhdid edir. Ay hörmətli “akademik”, görürsən ki, azərbaycan insanı sizi qəbul etmir, şərhlərə baxmaq kifayətdir. İddia edirsən ki, Heydər və İlham Əliyevlərə sadiq olmusan və bu gün də sadiqsən (inananı daşa-kəsəyə dönsün). Bunu damarında dövlətçilik qanı olan, təmiz Türk balası edə bilər. Biz isə burada tam əksini görürük. Nə qədər mağara psixologiyasını görürük. Hərdən bir papağınızı qarşınıza qoyub tarixə ekskurs edirsinizmi? İndiyə kimi nə etmisiniz? Hazırda üzünüzə duran naxələflərin müəllifi sizin özünüz olmusunuz. Pərpətöyün toxumu kimi respublikaya elə yayılıblar ki (söhbət təyin etmiş olduğunuz kadrlardan gedir), o toxumlar hara düşürlərsə oranı zəhərləyirlər. “Akademik” qeyd edir ki, "Əgər onların barəsində əlimdə olan faktları ortaya qoysam, onlar gərək respublikadan baş götürüb qaçalar, aləm bir-birinə dəyər. Belə çıxır ki, Aparata rəhbərlik etdiyi dövrdə bunun işi, gücü kompromat toplamaq olub. İnsanın daxilində nə qədər nifrət, kin-küdurət olar? Bu gün respublikada anormal, iyrənc nə baş verirsə, sizin məhsulun nəticəsidir, ay hörmətli boz kardinal. Dünyada nə qədər anormal ifadələr varsa hamısını elə özünüz fikirləşmisiniz. Bu gün icra strukturlarında, Prezident Administrasiyasında, Milli Məclisdə nə qədər “kadr” varsa Ramiz Mehdiyevin məhsuludur. Cənab Prezident nə qədər bu alaq otlarını təmizləməyib bunun çoxlu fəsadları olacaq. Dəfələrlə qeyd etdiyim kimi, bu cənabın doğum şəhadətnaməsinin üzünü axtarıb tapmaq lazımdır. Ardı olacaq

.EJDER NAQILBAZ 2020-09-11 01:24:17

HA HA ,QIRIN BIR BIRINIZI,ANALOQU OLMAYAN IDAREETMEDEN IN MEMARI,....TALAMISINIZ,MALADES

Səid 2020-09-11 00:11:10

Bu insanlar dövlətin ən ali orqanlarında uzun müddət işləyib. Çox məxfi məlumat və dövlət sirrlərini agahdırlar. Əlləri hər yerə çatanda ətəklərindən ölənlər indi kiməsə yaranmaq üçün onları atəşə tutur!!! İnanmayın o tənqid edənlərə, onlar bu gün də kimlərinsə ətəyindən öpür sabah da tənqid edəcəklər!! Riyakarlıq baş alıb gedir! Eldar Mahmudova nə etdilər ki, buna da nə etsinlər.

ramizin shantajina cavab 2020-09-10 19:10:45

Ramiz Mehdiyev, senin barende, xalq chox faktlari, muvafiq Dovlet Orqanlarina mutleq bildirecek, sen cemiyyetde tam ifsha olunmusan ve muxtelif shantaj - hedelemek metodlari ile , senin mesuliyyetden qachmaq shansin sifirdir, chunki, sen xalqi talayibsan, cinayetler toredibsen bu 30 il muddetinde, yuksek vezifelerde, Azerbaycan hakimiyyetinde ........

Eli 2020-09-10 14:53:51

Allah sene rehmet elesin ay Громыко

Nazim 2020-09-10 13:55:21

inanin mene bu...ve tayfasini temizlemeseler cetin olacaq...ozu de cox qisa middetd...tecili xususi emeliyyat olkenin dord bir yerinde, eks teqdirde cetin olacaq

Son yazılar