Menu

Tehranda güclü partlayış baş verib

11.09.2020, 20:03
Tehranda güclü partlayış baş verib

İranın Tehran əyalətinin Nəsimşəhr bölgəsində güclü partlayış baş verib. APA-nın Tehran bürosunun məlumatına görə, bu gün qeydə alınan partlayış nəticəsində 30-dan çox evə ziyan dəyib.

Nəsimşəhr şəhərinin yanğınsöndürmə idarəsinin rəhbəri Kiyan Sultanpur deyib ki, partlayışın səbəbi araşdırılır: "İlkin məlumata görə, partlayış akkumulyator satış mağazasında baş verib. Hadisə zamanı 1 nəfər ölüb".

Onun sözlərinə görə, partlayışda 22 avtomobilə ziyan dəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol