Menu

Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

11.09.2020, 20:30
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Gürcüstan səfiri Zurab Pataradze arasında görüş keçirilib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildirilib.

Tərəflər Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının siyasi, ticari-iqtisadi, investisiya və mədəni-humanitar sahələrdə əsas istiqamətlərini müzakirə ediblər.

Görüşdə əsas diqqət koronavirus pandemiyası ilə mübarizə sahəsində Azərbaycan və Gürcüstan hökumətləri arasındakı əməkdaşlığa ayırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol