Menu

Sabirabadda gənc atlını yük maşını vurub

11.09.2020, 23:08
Sabirabadda gənc atlını yük maşını vurub

Sabirabadda yol-nəqliyyat hadisəsində ağır xəsarət alan var. “Report”un Aran bürosu xəbər verir ki, hadisə rayonun Çiçəkli kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rəfiyev Emin Mahir oğlu atla gedərkən yük maşını vurub. Nəticədə kəllə-beyin travması alan E. Rəfiyev Şirvan Şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol