“Standard & Poor’s” Kredit Reytinqləri Xidməti hesab edir ki, biznesə münasibətdə artan qeyri-müəyyənlik fonunda Rusiya ilə Qərbin qarşılıqlı sanksiyaları Rusiya iqtisadiyyatına ilin sonunadək neqativ təsirini davam etdirəcək.
“2014-cü ilin birinci yarısında Rusiyada iqtisadi artım praktik olaraq dayanıb. Və “Standard & Poor’s” bu neqativ təsirin ilin axırınadək özünü göstərəcəyini gözləyir”, - deyə hesabatda bildirilir.
Agentliyin qiymətləndirməsinə görə, beynəlxalq sanksiyalar və Rusiyanın cavab sanksiyaları Rusiya iqtisadiyyatına ona görə mənfi təsir edir ki, həmin sanksiyalar nəticəsində maliyyə bazarlarına çıxış məhdudlaşır, Rusiya borcalanları üçün maliyyələşmə dəyəri artır, biznes və sərmayələr üçün qeyri-müəyyənlik davam edir. /musavat.com

Şərhlər