Menu

ABŞ tankları Belarus sərhədində

12.09.2020, 23:41
ABŞ tankları Belarus sərhədində

Belarus sərhədinə ABŞ-ın tank taboru yerləşdirilib. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Belarusun Müdafiə naziri Viktor Xrenin deyib.O bildirib ki, Belarus sərhədinin 15 kilometrliyində yerləşən Litva poliqonunda NATO əməliyyatı başlayıb: “ABŞ-ın 69-cu tank alayının 2-ci tank taboru bizim dövlət sərhədimizin 15 kilometrliyindədir. Bu qədər yaxınlıqda 500 əsgər, 29 tank və 43 “Bradlet” zirehli maşınının cəmləşməsi bizi narahat etməyə bilməz”.

O, həmçinin Belarus sərhədi yaxınlığında B-52 bombardmançısının uçuşundan da harahat olduqlarını qeyd edib.

Qeyd edək ki, ötən həftə ABŞ Litva ilə birgə təlim keçiriləcəyini, tankların isə Polşadan göndəriləcəyini açıqlamışdı. Bu təlimlərin 3-cü ölkəyə, o cümlədən Belarusa qarşı olmadığı da xüsusi vurğulanmışdı.

Şərhlər

t.ədalət 2020-09-13 11:42:09

Belorus da qurtarır Putinin mühasirəsindən.İnşəllah,ABŞ-ın tankları Qafqazı da xilas edər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol