Menu

Xaçmazda 22 yaşlı qadın intihar etdi

13.09.2020, 14:22
Xaçmazda 22 yaşlı qadın intihar etdi

Xaçmazda intihar hadisəsi baş verib.

Hadisə şəhərin Şəfəq küçəsində qeydə alınıb. Şəhər sakini 1998-ci il təvəllüdlü Turunc Mehman qızı Məmmədəliyeva özünü yaşadığı evdə asaraq intihar edib.

Qeyd edək ki, T.Məmmədəliyeva ailəli olub, övladı yoxdur. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol