TANINMIŞ İŞ ADAMI İCTİMAİYYƏTƏ MÜRACİƏT ETDİ - “Onlarla hüquqi müstəvidə mübarizə aparacağam”

Şamil Heydərov: “Barəmdə qaralama kampaniyası aparanlar hansısa çirkli məqsədlərə xidmət edir"

“Son vaxtlar barəmdə dərc olunan və heç bir fakta söykənməyən, əsassız yazılar mənə qarşı kimlərinsə sifarişi ilə “qaralama kampaniyası” aparılmasından xəbər verir. Mənim qanuni fəaliyyətimə kölgə salmaq məqsədi daşıyan və hansısa çirkli məqsədlərə xidmət edən bu saxta xəbərləri, sifarişi yazıları yayanlara qarşı hüquqi müstəvidə mübarizə aparacağam. Qoy ictimaiyyət də bu adamların əsl kimliyini və nə məqsəd güddüklərini bilsin...”

Bu fikirlər tanınmış iş adamı Şamil Heydərovun “AzPolitika.info” saytı vasitəsilə ictimaiyyətə ünvanladığı müraciətdə əksini tapıb.

İş adamının müraciətində daha sonra qeyd edilir: “Əvvəlcə “dia.az” internet portalında mənim guya, ölkədə monopoliya yaratmağım kimi əsassız iddialar dərc olundu. Etirazıma baxmayaraq, heç bir fakta söykənməyən həmin yazı təkzib edilmədi. Buna görə də bir sahibkar kimi işgüzar nüfuzumu zədələyən həmin xəbər tipli yazını dərc edən internet portalını və onun baş redaktorunu məhkəməyə verdim. Hazırda həmin iş Səbail Rayon Məhkəməsinin icraatındadır. Məlum olduğu kimi, ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar məhkəmələrin də fəaliyyəti dayandırıldığından, həmin məhkəmə mübahisəsinə baxılması təxirə salınıb. Ümid edirəm ki, yaxın günlərdə işə baxılaraq, qanunauyğun qərar çıxarılacaq, haqqımda yayılan yalan xəbərin təkzib olunması təmin ediləcək...

Çox təəssüf ki, barəmdə dərc olunan yalan xəbər yalnız bu olmadı. Bundan sonra qanunsuz əməllərlə məşğul olan, hətta “reketçilik” ittihamı ilə həbs olunan bəzi jurnalistlər barəmdə saxta və guya etibarlı mənbələrdən əldə etdikləri məlumatları öz saytlarında dərc etməyə başladılar.

İlk başda Habil Vəliyevin “gündəlik-bakı.com” saytında heç bir jurnalist araşdırması aparılmadan mənim guya Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edərək, karantin qaydalarını pozmağıma dair yalan məlumat yayıldı. Heç bir əsas olmadan yayılan həmin xəbərlə bağlı aidiyyəti üzrə Zəngilan Rayon Məhkəməsinə müraciət olunub. Hazırda məhkəmə mübahisəsi də davam etməkdədir.

Lakin bununla da kifayətlənmədilər. Bu yaxınlarda yenə Habil Vəliyev və Surxay Əliyevə məxsus olduğu bildirilən “bizimbaki.org” saytında da başqa bir əsassız yazı dərc olunub. Tamamilə qarayaxmadan ibarət olan həmin yazıda mənim guya gömrük qanunvericiliyimizə zidd formada işlər gördüyüm, bu işlərdə hazırda AMEA Prezidenti vəzifəsini daşıyan Ramiz Mehdiyevlə şərik olduğum, hətta yaxında ölkədən qaçacağım qeyd olunub. Və təbii ki, yenə də heç bir fakta söykənməyən əsassız iddialar və uydurma məlumatlar əsasında...

Yenə təəssüflə qeyd etmək istəyirəm ki, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu adamlar yalan məlumatlarını təkzib etməmiş, dövlətçiliyimizə hər zaman dəstək verən, xeyriyyəçiliklə məşğul olan bir iş adamı kimi mənim nüfuzuma ləkə vurmağa çalışmışlar. Buna görə də mən bu cür jurnalistlərə qarşı hüquqi müstəvidə mübarizə aparacağımı bəyan edirəm.

Onu da qeyd edim ki, barəmdə “qara piar” işlərini aparan Habil Vəliyev və Surxay Əliyev daha əvvəl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4 (hədə-qorxu ilə tələb etmə) maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilərək cinayət məsuliyyətlərinə cəlb edilmişlər. Həmin dövrdə onlar məhz sahibkarların və nüfuzlu şəxslərin şikayətləri əsasında həbs olunmalarına, məhkumluqlarının hələ tam ödənilməməsinə baxmayaraq, yenə yoxlanılmamış və yalan məlumatları dərc edirlər.

Təəssüf ki, bəzi media orqanları və “jurnalistlər” də onlarla birlikdə hərəkət edir, sanki bir komanda kimi sahibkarı qaralamaqda iştirak edirlər. Bəzi media orqanları isə yoxlamadan bu yalan məlumatları təkrar dərc edirlər.

Buna görə də, bildirmək istəyirəm ki, barəmdə əsassız və qaralayıcı məlumatlar yayan media orqanlarına qarşı hüquqi müstəvidə tədbir görüləcək.

Mətbuat nümayəndələrindən xahiş edirəm ki, kimlərinsə sifarişi ilə aparılan bu “qaralama kampaniyası”nın iştirakçısı olmasınlar, iş adamları barədə yoxlanılmamış məlumatları dərc etməsinlər.

Ölkə başçımız cənab İlham Əliyevin iş adamlarına və sahibkarlığın inkişafına ayırdığı diqqət və qayğının yüksək səviyyədə olduğu bu dövrdə sahibkarlar barəsində əsassız məlumatların yayılmasına qətiyyən yol vermək olmaz.

İnanıram ki, media ictimaiyyəti də bu işdə haqlının və ədalətin yanında olacaq!”

635x100

Şərhlər

AygünEldarqızı 2020-09-23 01:58:41

Qarayaxan Vəliyev və Əliyev oturduqları yerdə düşünsünlər ki, bugünə qədər ətrafında neçə ailənin ac qarnını doyurublar? Neçə nəfəri çətin vəziyyətdən çıxarıblar? Və neçə xəstənin şəfa tapması üçün təmənnasız müalicə etdiriblər?

Fegan 2020-09-23 01:54:00

Allah Samil mellime can saligi versin o cox zehmetkeş qayigikew insandir onun yaxwiliqlarini saysan qurtarmaz .

AygünEldarqızı 2020-09-20 15:00:13

Bəzi sahibkarlar, məmurlar Şamil müəllimdən dərs alsınlar. O da onlar kimi ola bilərdi. Ancaq vicdanlı insanın halı başqa olur. Özünü deyil, ətrafındakıları düşünür. Allah hər zaman doğrunun yanındadır. Bu qədər insanın duasıyla Şamil müəllimə heç bir şər qüvvə təsir edə bilməz Allahın iznilə.

Zenfira Ələkbərova 2020-09-20 14:58:34

Samil Hilal oglu basini dik tutun sizin alniniz tek insanlarin arasinda yox ALLAHN yaninda temiz olaraq

Perviz Heyderov 2020-09-19 11:40:02

Yalan ayaq tutar, amma yerimez. Bele esassiz yalanlarla Samil muellim kimi xeyirxah.isgusar insana bohtan atmaq olmaz.

Məhərrəm Rəhimov 2020-09-16 21:28:14

Şamil Heydərov həmişə kasıblara əl tutan insan olub.Neçə-neçə ailələri işlə təmin edib. Biz inanırıqki Şamil Heydərova böhtan atanlar qanun qarşısında cavab verəcəklər.

Vuqar Lacin 2020-09-16 12:51:14

salam olsun Azerbaycana Samil muellim dayimi isder sahibkar isdersede qeyri darda cetinlikde olan her bir ona salam veren adam ucun gozel is adamidi kas butun is adamlari onun kimi haminin qayqisin ceken ola mohterem Prezidentimizin dayimi bir amali ve sozu var orta ve kicik sahibkarlara desdek olaq ve komek edek sexsen men de basda olmaq serti ile Samil Heyderovun komeyin desdein burdada uzaq CIN XALQ respublikasinda hele 2003 cu illerden ta bu gune qeder gormusuk bunu danmaq Allahsizliq olar mende dosdlarimin fikirlerine qosuluram unutmayaq Samil muellim basqa is adamlari kimi otaqinin qapisina skaf kimi axrana qoymadi dayimi kimin ne derdi seri oldu onun is otaqina ne zaman problemi olan kicik sahibkar yaxinlasdi o qapi uzumuze aciq oldu komek dayimi oldu bunlari unutmaq olmaz men xatiremdedi uzaq cin xalq respublikasinda menim kimi 100 lerle kisilere komek duran bir adam bu gun hansisa sensasya xetrine saytlar ona qarsi kampanya aparir bu ayib olacaq bir isdi Samil muellim ve kamandasi dayimi biz sahibkarlarin komek yeri olub butun bulari unutmaq olmaz

Vuqar Lacin 2020-09-16 12:08:33

salam olsun Azerbaycana Samil muellim dayimi isder sahibkar isdersede qeyri darda cetinlikde olan her bir ona salam veren adam ucun gozel is adamidi kas butun is adamlari onun kimi haminin qayqisin ceken ola mohterem Prezidentimizin dayimi bir amali ve sozu var orta ve kicik sahibkarlara desdek olaq ve komek edek sexsen men de basda olmaq serti ile Samil Heyderovun komeyin desdein burdada uzaq CIN XALQ respublikasinda hele 2003 cu illerden ta bu gune qeder gormusuk bunu danmaq Allahsizliq olar mende dosdlarimin fikirlerine qosuluram unutmayaq Samil muellim basqa is adamlari kimi otaqinin qapisina skaf kimi axrana qoymadi dayimi kimin ne derdi seri oldu onun is otaqina ne zaman problemi olan kicik sahibkar yaxinlasdi o qapi uzumuze aciq oldu komek dayimi oldu bunlari unutmaq olmaz men xatiremdedi uzaq cin xalq respublikasinda menim kimi 100 lerle kisilere komek duran bir adam bu gun hansisa sensasya xetrine saytlar ona qarsi kampanya aparir bu ayib olacaq bir isdi Samil muellim ve kamandasi dayimi biz sahibkarlara isder maddi isderse menevi desdek olub biz bu adamla fexr edirik ki Azerbaycan bele qabiliyyetli bir ovlad yetisdirib onun elehine yazi yazanlara seslenirem bu adam 100 ler le sahibkara komek edende sen hardaydin yasin az idise bilmer sen cox idise yeqin 100 ilde yasasan Samil muellim etdiyin 1 fayizin bele ede bilmersen uzumu tutub burdan seslenirem gelin millete dovlete cenab Prezidente sadiq olan xalqin icinden cixan sadiq ve qocaq bacariqli is adamina desdek duraq birde bir sozu yazmaqida ozume borc bildim eger Samil Heyderov Ramiz Mehdiyevle is birli olsaydi azindan 5 dene qohumun icra bascisi qoyardi bu adam ele vetene dovlete serefle xidmet edib Allah seni qorusun Samil muellim sonda da onu da deyim Samil muellim vallah qohumum ne de kentcimdi sadece uzun iller taniqim en gozel adamdi

Vuqar Lacin 2020-09-16 11:46:30

salam olsun Azerbaycana

Memedov Samil 2020-09-15 22:33:26

Samil muellim xeyirxah insandi,gedeni eli bos qaytarmir.Yuzlerle insan onun sayesinde ailesine corek pulu aparir.Insallah haqq edalet yerin tapar

Gülnar Heydərova 2020-09-15 20:02:52

Günümüzdə çıxan yalan əsası olmayan xəbərlərdən biridir bu xəbər. Şamil Heydərov bu əsası olmayan xəbərlərə lazımi cavabı vermişdir. Lakin hələ də bu xəbərlər haqqında yazırlar. Şamil Heydərovu tanıyan hər bir insan onun necə dürüst, xeyirxah biri olduğunu bilirlər və bu əsası olmaya çirkin xəbərləri yayanların cəzası veriləcəkdir!...

Şakir 2020-09-15 19:43:48

Biz əminik ki Şamil mellim heç vaxt qanunsuz işlərlə əlaqəsi olmayan bir iş adamıdır. Onun haqqında çıxan əsası olmayan xəbərlərin hamısı yalandır. Şamil Heydərov çox xeyirxah və düzgün bir iş adamı olduğunu onu tanıyan hər kəs bunu yaxşı bilir. Kimlərinsə bu yalan xəbərləri və şərləri axır əvvəl su üzünə çıxacaq və dövlətimizin hüquq orqanları onlara lazımi cezanı verəcəkdir.

Aftandil Elekberov 2020-09-15 11:05:33

Wamil Cox yaxsi ve duzgun adamdi. Ona edilen haqsizliga yaxsi baxmiram.

Yolcuyev akber 2020-09-15 09:42:55

Savadli qaygıkeş mülayim hər bir yania gələnin və müştərilərinin problemlərinə diqqətlə yanaşan dövlətinə prezidentinə sadiq insan Allah səni var eləsin

Şakir 2020-09-15 06:33:49

Biz əminik ki Şamil mellim hec vaxt bele islerle mesqul olmayib hemise yaxsılıq yaxşılıq edib Allah kömək olsun

Şakir 2020-09-15 06:28:33

Allla Şamil məllimin canını sağ eləsin o həmişə kiçik sahibkarlara əl tutub və öz dəsdəyini tövsiyəsini əsirgəməyib mən əminə ki tez bir zamanda haqq ədalət öz yerini tapacaqdır

AKİF ƏLİYEV 2020-09-14 21:16:52

Pul qazanmaq üçün yalan xəbərlər yazıb Qara yaxmağa çalışırlar , kişi kimi faktla sübutla yazıb paylaşa bilirlərsə paylaşsınlar. Ayıbdır belə yalan xəbərlərlə camaatın vaxtını alırlar. Şamil müəllimi tanımayan biri haqqında maraqlansa inanmıram ki, haqqında mənfi düşünən biri olar. Hamı onu xeyirxahlığı ilə tanıyır.

Gunel Ragimova 2020-09-14 13:43:36

Samil mellimi taniyanlar bilir, kimsə onu lekeleye bilmez

Elnur S 2020-09-14 12:41:54

Mən artıq neçə gündür ki, mediada Şamil Müəllim haqqında çıxan xəbərləri izləyirəm... Şamil müəllim zəhmətkeş müəllim olmaqla yanaşı həmdə nüfuzlu iş adamıdır. Onun qurduğu kargo sistemi həqiqətən çox insanın əlindən tutub. Bəzi insanlar bunu qəbul edə bilmirlər çünki illərdir Çin kargo ilə çalışan müştərilərin onlara vəfalı qalması digər özünə Kargo deyən firmaların paxıllığına səbəb olur, özlərinə müştəri tapa bilmədikləri üçün Şamil müəllim haqqında orda burda boş və əsassız şayələr yayaraq müştəriləri razı salmağa çalışırlar. Kiçik sahibkar olaraq dəfələrcə bu tip hadisələr şəxsən mənim başıma gəlib. Mən çox şad oldum ki Şamil müəllim bu qarayaxmalar qarşısında səssiz qalmadı və öz etirazını bildirdi. Çünkü oxuduğum məqalələr bir çoxunun yalan olduğunu onu dərc edən insanlara şəxsən mən özüm sübut edə bilərəm.

Huseynaga 2020-09-14 11:20:43

Allah Samil Muellime can sagligi versin cox gozel insandi bize butun Sederek bazarinda calisan kitaydan yuk getren sahibkarlara her zaman destek olub.dovletin qayda qanunlarindan kenara cixmayib buna her birimiz sahidik

İlahə 2020-09-14 11:05:47

Allah Şamil müəllimə can sağlığı versin

Orucov Oktay 2020-09-14 10:09:38

Haqsizin dasi qayidib ozune deyer! Allah sizi qorusun Samil mellim

Dursun 2020-09-14 09:44:11

Pandemiyanın xalqımıza gətirdiyi iqtisadi çətinliklərə baxmayaraq hörmətli iş adamı Şamil Heydarov sahibkarları bu ağır vəziyyətdən qurtarmaq üçün onlara böyük dəstək olmuşdur. Onun işgüzarlığı sayəsində Karqonun yükdaşıma güçü daim işlək vəziyyətdə olmuşdur.

Əkbərov Niyazi UFA ş. 2020-09-14 09:19:20

ALLAH Şamil müəllimi qorusun və onun kimin xeyirxaq iş adamlarını necə necə imkansız ailələrə yardım edib və işlə təmin ediblər.

Bəxtiyar 2020-09-14 01:31:49

Şamil Müəllim çox təmiz dürüst gözəl və ağıllı insandır o heç kimə pis olmasın deyə həmişə xeyirxahlıq edib Şamil Müəllimin haqqında yazılmış sifarişli 100% yazılar hamısı yalan və böhtandan başqa bir şey deyil vəssalam!!! Onu tanıyanlar bilir ki bunların hamısı cəfəngiyatdır,Qara yaxmadı həmişə olduğu kimi kasıbınların çətinlikdə olan adamların yanında olub və kiçik sahibkarlara həmişə öz köməkliyini göstərir

Tahir Isayev 2020-09-14 00:59:18

Samil Heydərin sizin kimi sahibkara ehtiyac var.Belə yalanlar sizin düzgün lüyüvüzə kölgə salır.Ümid edirəm ki belə yalançılar sərt cavab verilər.Sizin xəbərdar lığıvıza baxmayaraq yenə də bu yalanı ortaya atırlar .İnanıram ki hak yerini tapacaq

Emin 2020-09-14 00:53:32

Iw adami Samil Heyderov haqqinda cixan bohtan ve yalanlarin kimler terefinden cixibsa tezlikle oz cezasini almasini isteyirik.tezlikle haqq edalet oz yerini tapacaq

Serxan 2020-09-14 00:25:37

Sizin sayenizde cox kicik sahibkarin eli coreye catib

Taleh İsayev 2020-09-13 23:56:12

Şamil Heydərov sizin kimi sahibkarlara ehtiyac var .Fakt olmadan belə yalanları doğrulamağımıza ehtiyac yoxdur .Ümid edirəm belə yalan aradan qalxacaq,Allah ömür versin

Pervane 2020-09-13 23:44:13

Nece ailenin elinnen tutan,kicik sahibkarlara destek olan bele insanin elbetteki xalq arxasinda olar ve atilan esassiz şər böhtana inanmaz,Allah hemise var elesin

Rasim 2020-09-13 23:27:55

Allah köməyiviz olsun Şamil müəllim

Ramil Emrahov 2020-09-13 23:24:29

Men shexsen oz adimnan ve tanidiqlarim kicik sahibkarlar adindan deye bileremki,Shamil muellim kimi insanlar ve ish adamlari bu gunki olkemiz ucun vacibdir.Bohtan atanlarin allah belasin versin

Gündüz 2020-09-13 2020-09-13 23:20:53

Şamil Heyderov biz sahibkar olaraq her zaman bizim desteyimiz olub ol

Əfqan İmanov 2020-09-13 23:17:30

Men inaniramki deyerli ve xeyrxah is adami Şamil heyderova şer atanlar öz cezasini alacaq!

Serdar Qubadov 2020-09-13 23:17:14

Men eminem ki Şamil müellim haqqında deyilenler heqiqeti eks etdirmir Şamil müellim her zaman dövletimizin inkişafi ücun elinden ğeleni esirğemeyib

Rüfət Səfərli 2020-09-13 23:12:34

Şamil müəllim cox xeyirxah bir iş adamıdır.Alllah ona komek olsun!

Elgün 2020-09-13 23:10:25

Şamil məllim haqqında yazılan yalanlar həqiqətə uyğun deyil. Sübut olmadan belə bir yazı yalnız gözdən salmaq məqsədilə yazıla bilər. İnanırıqki tezliklə haqq ədalət öz yerini tapar.

Emin Quliyev 2020-09-13 23:06:54

Şamil m Allah özü sizi bu şer böhtanlardan qorusun . Allah size sebr versin .

Hesenov Edalet İbrahim oglu 2020-09-13 23:03:50

Şamil muellim haqqinda heqiqete uygun olmayan yazi yazanlar cirkin niyyetli şexslerin sifarişini yerine yetirmek isteyibler.halal olsun Şamil muellime ki onlarin maskalarini acib tokdu

Meftun 2020-09-13 23:00:15

Samil muellim oz zehmeti ile gelib bu veziyyete, bunu butun onun taniyanlarin hamsi tesdiq ede biler, Kiminse adami olsaydi hansisa yuksek bir vesifede olardi, butun gunu sahibkarlarin problemleri ile mesqul olmazdi, tarixen bele olur qabaqda geden bacariqli adama, gerden qalmis bacarigi olmayanlar leke yaxmaga gozden salmaga calisirlar, eminemki bunu edenlerin huquqi mustevide cavabi verilecek!

Vusal 2020-09-13 22:44:48

Şamil müəllim kimi iş adamina şər böhtan atmaq ancaq zəif və gücsüz rəqabəti bacarmayan insanlara aiddir.

Emil 2020-09-13 22:41:47

Nece dä utanmirlar, ALLAHAdan qorxmurlar yalandan böhtan atmaqla.. Samil bey barede mene ele gelir heç kes pis fikirde ola bilmez. Dòvlete verdiyi xeyirden bawqa hem dä gözel insandi...!

Teymur 2020-09-13 22:36:22

Men Şamil müelimi şexsen tanımıram ,amma menim doslarım bine bazarında işleyiller .Onların hamısı Şamil müellimden razılıx eliyirler .bele adalara şer böhtan atan gurnalist qerezli meqaledense Şamil müellimin bazarda işleyen minlerle Azerbaycan vetedaşına daimi iş yeri verdiyinden yazssın .

Anar S 2020-09-13 22:27:49

Allah komeyiniz olsun. Yalanlar gec ya tez

Ruslan 2020-09-13 22:27:48

Şamil müəllim haqqında atılan və yazılan böhtanların sifarişli olması heç kəsə sirr deyil. Ümidvarıq ki tezliklə bu qarayaxma kampaniyasının iştirakçıları dövlətimizin qanunları qarşısında öz layiqli cəzaların alacaqlar.

Elçin bayramov 2020-09-13 22:18:15

Çox sağ olun Şamil müəllim.Allah sizi bu kollektivin üstündən əksik etməsin.Hemisə var olasiz.

Tural 2020-09-13 22:16:51

Belə yalan yazanlara sadəcə ayıb olsun.Xalqın gözü tərəzidi

Qenberov Ariz 2020-09-13 22:14:13

Samil muellim her zaman sabibkarlara desdek olub her zaman sahibkarlara komek edib Samil muellimi bu qara yaxa tazanlara ar olsun haq edalet her zaman oz yerini tapacaq

Arif 2020-09-13 22:06:27

Şamil müəllim Allah köməyiviz olsun tez bir zamanda bu yalan iddiallar sizdən uzaq olsun

Sahilə 2020-09-13 22:05:23

Şamil müəllim çox xeyirxah insandır. Onun haqqında necə bele yalanlar yazarlar. Neçə ailə Şamil müəllim sayəsində dolanir

Azer 2020-09-13 22:04:28

Allah sizə can sağlığı versin inşallah. Şamil müəllimin sahibkarlara olan dəstəyi unudulmazdır

Doktor Hüseyn Qasimov 2020-09-13 22:04:20

Şamil müəllim çox yaxşı insan kimi tanımışam çox xeyirxah işlər gördüyünü bilirəm və eşitmişəm. Nə qədər ailə başçısı olmayan kasıb insanlara yardım əlini uzadıb. Bəzi özünü tanıyan şər böhran olan insanlar təki nəsə yazsın deyə maraqları xarici qüvvələrə və ölkədə əmin amanlığı pozmağa yönəlmişdir. Şamil müəllim neçə neçə insanlara yardım edən el ağsaqqalıdir. Ümüd edirəm ki tezliklə yalançılar cəzalanacaq. Allah insanların ürəyinə görə versin.

Ehmed 2020-09-13 22:02:25

Samil muellimin Azerbaycan iqtisadiyatina verdiyi tehfe danilmazdir

Röyal 2020-09-13 22:01:25

Çox sağolun Şamil müəllim Allah köməyiniz olsun. Sizin kimi insanlara daima ehtiyac var.

Heyderova Kemale Vidadi qizi 2020-09-13 21:59:27

Haqq her zaman oz yerini tutub, tutacaq da! 2-3 dene dirnaqarasi jurnalistin sozu ile Samil mellim kimi insanin adina leke yaxilmaz cunki milletin gozu terezidir pisi de gorur yaxshini da! Onun minlerle insana temennasiz etdiyi yardimlarin sayi hesabi yoxdur ona gore de bele insani gozu goturmeyen, adina leke yaxmaga calishan coxdur. Dualarimiz ve desteyimiz her zaman sizinledi, Samil mellim!!!

Təhminə 2020-09-13 21:58:25

Çox istiyirəm ki sizin haqlı olduğunuzu içtimaiyyət bilsin biz sizin çox yaxşı bir insan olduğunuzu və həmişə insanlara köməklik etməyə çallşmlslnlz Allah sizə kömək olsun haqq Ədalət öz yerini tapacaq

Vasif 2020-09-13 21:58:24

Şamil m haqqında deyilənlər qarayaxma kampaniyasından başqa bir şey deyil , onun kimi sahibkarlara həmişə ehtiyac var . Şamil m necə bir insan olduğunu bütün bazarda olan sahibkarlar yaxşı bilir

Maqsud 2020-09-13 21:56:35

Var olun Şamil müəllim, dəstəyinızə sahibkarların ehtiyyacı var, Allah sizləri və şirkətinizi nəzərdən qorusun!!

Abbas Hüseynov 2020-09-13 21:55:37

Şamil müəllim kimi ziyalı, xeyirxax insanlara həmişə ehtiyacımız var.

Arifə 2020-09-13 21:52:02

Ölkədə yeganə dürüst və etibarlı karqo haqqında belə bir məlumatın yazılmağı bizi üzür İnşəAllah Dövlətimiz bu sifarişli yazının yalanını üzə çıxardıb bunu yazanları cəzalandırar

Təyyar 2020-09-13 21:51:29

Şamil müəllim Yaxşı İnsandı Neçə Ev onun sayəsində dolanır Yaxşı insandı Xeyirxahdı

Rafo 2020-09-13 21:50:10

Şamil müəllimin fəaliyyətinə dövlətin keşiyində layiqəli insan kimi durmasinda xeyirxah əməllərinə ğörə heç kimin şübhəsi olmasin. Bəyəm bütün iş adamlari Ramiz Mehtiyevə bağlidir? Kim yazibsa ğetsin şərəflə işini ğörsün axmaq şəkildə o Kişiyə qara yaxmasın. Vicdansiz bisavad . Allah Şamil müəllumin ömrünü uzun eləsin. Birdə o kimdisə məllimi tanisaydi yəqin ki belə qələt eləməzdi.Birdəki Şamil Heydərov Cənab Prezidentin siyasitini ölkədə apardiği işləri fəaliyyətini hər zaman dəstəkləyən bir şəxsdir biləsiniz...

Natiq Babayev 2020-09-13 21:49:28

Mən şəxsən Şamil Heydərovun şirkətində 5-6il bundan əvvəl çalışmışam və bildirmək istəyirəm ki, Şamil Müəllim çox xeyirxah insandır. Onun haqqında edilən qarayaxmalar hamısı gözü götürməyən insanların əməllərdir. Şamil müəllim zəhmətkeş və həqiqətən də ixtisas olaraqda müəllim kimi müəllimdir.

Elçin 2020-09-13 21:48:36

Is Adami Şamil Heydərov haqqında heç bir həqiqəti əks etdirməyən yalan məlumatı sifarişlə yazanlar utanmalıdır və cəzalanmalıdırlar

Əhliman 2020-09-13 21:47:55

Şamil Heydərov kimi iş adamları bizim fəxrimizdir, Allah canını sağ işini avand eləsin!

Asif 2020-09-13 21:46:51

Men Şamil muellimin qohumlarini yaxşi taniyiram.Yazilanlar yalandir.Eger Şamil muellim Mehdiyevin adami olsaydi onda onun qohumarida Icra başcisi Nazir ve ya muavin ve ya başqa yuksek vezifelerde oturardilar.Şamil.m.Ramiz Mehdiyevin adami olmayib demek ki....Bu saileri yazanlar qesden Ramiz Mehdiyevin heqiqi adamlarini kolgede saxlamaq fikirleri var..Ictimayeti yanliş yola yoneldirler...

Əhliman 2020-09-13 21:46:21

Şamil Heydərov kimi iş adamları bizim fəxrimizdir, Allah canını sağ işini avand eləsin!

Tarxan 2020-09-13 21:42:18

Allah Şamil melime cansalıqı versin yüzllerle aile bunun sahasinde vene cörek aparır bele insanllar cox olsun Azerbaycanda

İsmayıl 2020-09-13 21:34:16

Mən Sədərək bazarında işləyən sahibkar olaraq Şamil müəllimin mənə etdiyi yaxşılıqları heçvaxt unuda bilmərəm.Və həmişədə Şamil müəllimin arxasındayıq

Amina 2020-09-13 21:30:41

Çin karqo şirkəti xüsusilədə Şamil müəllim Çinnən Azərbaycana yük gətirib satan sahibkarlara hər zaman dəstək olublar.İndi belə bir iş adamının adının ləkələnməyi hecdə xoşa gələn hal deyil

Elşad 2020-09-13 21:25:48

Kiçik sahibkar olaraq demek isteyiremki Şamil Heyderovun dovletimiz ucin etdiyi is coxdu

Kənan 2020-09-13 21:25:42

Çox sağolun Şamil müəllim sizin kimi sahibkarlara hər zaman ehtiyyac var

Səliməxanım 2020-09-13 21:24:49

Görünür Çin Karqonun dövlətə və xalqa bağlılığı kimlərisə narahat edir.amma gərək haqqı diyəsən Şamil müəllim yüzlərlə sahibkarın bu günkü gün Sahibkar olmasına öz məsləhəti və köməyi ilə dəstək olub

Tərxan 2020-09-13 21:24:16

Allah Şamil melime can salıqı versin nec yüz aile evine cörek aparırır onun sahasinde belle insanlar cox Azerbayganda

muslim 2020-09-13 21:21:46

Şamil müəllim haqda yazan jurnalistlər hansi emellerine gore indi oz gozlerinde tiri gormeyib bawqalarinda ne axtarirlar??

Kənan 2020-09-13 21:17:55

İş Adamı Şamil Heydərov haqqında yazılan yalanlar həqiqətəndə bizi çox incidir.Heç bir fakt olmadan belə bir yazının yazılması onu göstərirki sifarışlə,gözdən salmaq məqsədilə yazılıb.

Qasım 2020-09-13 21:04:13

Sahibkarlara qarsı aparılan kanpanyanı pisləyirəm İnanıram ki hak yerini tutacaq

Eldeniz 2020-09-13 21:03:54

Allah size uzun omur versin Samil Heyderov herzaman dovletinin ceneb prizdentimiz Ilham Əliyevin ve birinci vicaprizdentimiz Merheiban xanimin desdeycisi olmusunuz.Kimlerinse "QARA PIAR"ve şer atanlarin tezi geci var dovletimizin huquq orqanlari cezasini vereler.

Son yazılar