Menu

Tramp polisi güllələyənlərə edam cəzası veriləcəyini vəd edib

13.09.2020, 21:25
Tramp polisi güllələyənlərə edam cəzası veriləcəyini vəd edib

ABŞ prezidenti Donald Tramp Kaliforniyada iki polis məmuruna atəş açanlara ölüm cəzası veriləcəyini vəd edib.

APA bildirir ki, Donald Tramp bu barədə Twitter hesabında yazıb:

“Yaralı polislər ölsələr, qatil üçün tez bir zamanda məhkəmə olacaq və edam cəzası veriləcək. Bu cəza cinayətləri dayandırmağın yeganə yoludur”.

Qeyd edək ki, ABŞ-ın Kaliforniya ştatında atışma zamanı 2 polis zabiti ağır yaralanıb, onlar xidmətdə olarkən avtomobilin içərisində güllələniblər.

Zabitlərin vəziyyətinin ağır olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol