Tоfiq Yaqublunun işində şahid olduğu deyilən şəxs danışdı - "Şahidlik etməmişəm..." + VİDEO

Tоfiq Yaqublunun cinayət işində hal şahidi kimi adı keçən Bakı şəhər sakini Nəbi Acalov barəsində yayılan ittihamlara cavab verib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

O bildirib ki, hadisənin şahidi olmayıb və bununla bağlı heç kimə qarşı ifadə verməyib. N.Acalov yalnız yol-nəqliyyat hadisəsindən sonra yol polisinin dəvəti ilə baxışda iştirak edərək bu barədə aktı və sxemi könüllü imzalayıb.

Sosial şəbəkələrdə guya onun cinayət işində yalançı şahidlik etməsilə bağlı yayılan məlumatlar və ittihamlar əsassızdır. O, sosial şəbəkələrdə yayılan səs yazısında da bu şəkildə fikrini ifadə etməyə çalışsa da, onun fikirləri kimlərsə tərəfindən ictimaiyyətə səhv, təhrif olunmuş şəkildə təqdim olunub.

N.Acalov vurğulayıb ki, iş materiallarında olan və sosial şəbəkədə yayılmış avtomobillərin toqquşması ilə bağlı akt və sxemdəki imzalar ona məxsusdur, hətta bunu məhkəməyə ünvanladığı teleqramla da təsdiq edib.

635x100

Şərhlər

Seyid veteran 2020-09-15 10:41:17

Məhkəməyə gedib orada bunları demək lazım idi. Bəlkə sizin imzanız çəkilmiş başqa saxta sənədlər tərtib olunub, xəbəriniz yoxdur.Hamıya gün kimi aydındır ki, Qarabağ qazisi T.Yaqublu şərlənərək həbs olunub və tezliklə azadlığa çıxacaq İnşAllah.

pensioner 2020-09-15 09:59:01

İmza edən şəxs kimdir və o məsuliyyətə cəlb ediləcəkmi?

fuad 2020-09-15 09:29:56

Utan,yere gir

Rt ye 2020-09-15 07:03:14

Bilmediyinizi de bildiyinizide yazirsiniz. Hadise yerine baxiw protokolu olur.hemin protokol vetendawlar yeniki hadise yerinin baxiw protokoluna ve sxeme imza atilir

.EJDER NAQILBAZ 2020-09-15 01:54:19

YALAN DANIWANIN ATABATASINA LEHNET

RT 2020-09-14 22:04:17

Aha teze sôhbet ,,,, Ne vaxtdan DYP vetendashi handisa bir fadiseye qôre shahiddiye caqirir? Ve yaxud DYP inspektoru savadsızdı beyem , adi vetendashdan kômek isteyir ? Derd ,

Son yazılar